525.Az

70 yaşın mübarək, Robert Müəllim oğlu! - Ramiz Əsgərin yazısı


 

70 yaşın mübarək, Robert Müəllim oğlu! - <b style="color:red">Ramiz Əsgərin yazısı </b>

Tatarıstanın Xalq şairi Robert Minnullin bu il martın 27-də, ömrünün 73-cü ilində dünyasını dəyişib.
 
Robert Müəllim oğlu Minnulin Türk dünyasının dəyərli söz adamı və Azərbaycan ədəbiyyatının fəal dostu olduğuna görə onun vəfatı bizim ədəbi-ictimai mühitin də itkisi sayılır.

Şairə Allahdan rəhmət diləyir və professor Ramiz Əskərin onunla bağlı təqdim etdiyi yazını oxucularımızın diqqətinə çatdırırıq.  

Bu məqaləni mən bundan iki il bir həftə öncə 2018-ci ilin 21 martında tanınmış tatar şairi Robert Minnullinin Bakıda mənim tərcüməmdə nəşr olunan “Bülbüllərin toyu – Sanduqaçlar tue” adlı kitabına yazmışdım. Həmin məqaləni və şairin bir neçə şeirini oxuculara təqdim edirəm.

Qardaş tatar ədəbiyyatının tarixi qədim və zəngindir. Orta çağlara aid klassik qəhrəmanlıq dastanı olan “Edigey”, “Xan qı¬zı Altın Saç”, “Cik Mərgən”, “Büşman Qıpçaq”, “Çura Ba-tır” ki¬mi dastan və əfsanələr, “Kəsikbaş”, “Avık” və başqa əsərlər ta¬tar ədəbiyyatının qə¬dim nümunələrin¬dən¬dir. 

Məşhur tatar ədibi Qul Əlinin “Qisseyi-Yusif”, Nəs¬rəd¬din Rəbğuzinin “Qisas ül-ən¬bi¬ya”, Mahmud Bolğarinin “Nəhc ül-fə¬ra¬dis”,Qütbün “Xosrov və Şirin”,Xarəzmi¬nin “Məhəbbət¬na-mə”, Hüsam Katibin “Cümcümə Sul¬tan”, Sey¬fi Sarayinin “Gü¬listan bit-türki”, Məhəmməd¬yarın “Töhfe¬yi-Mərdan” əsəri¬ yal¬nız tatar ədədbiyya¬tı¬nın deyil, ümumtürk ədə¬biyya-tının ortaq və çox parlaq nümunələridir.

Yeni dövrdə, xüsusilə XIX-XX əsrlərdə tatar ədəbiyyatın-da çoxlu istedadlar meydana gəlmiş, tatar söz sənəti başqa bir sə¬viyyədə inkişaf etmişdir. Şəhabəddin Mərcani, Qəyyum Nəsiri və Əbdürrəhman İl¬ya¬siki¬mi cədidçi ədib¬lər bunla¬rın ən məşhur¬la¬rıdır. Abdulla Tu¬kay, Saqit Rəmiyev, Zakir Rə¬mi¬yev (Dər¬d¬mənd), Şeyxzadə Ba¬biç, Fa¬tih Əmirxan, Ələs¬gər Ka¬¬mal, Əhməd Urman¬çi¬yev, Fahih Sey¬fi Kazanlı, Nəcib Du¬ma¬vi, Sə-id Sün¬çə¬ləy, Şəhid Əhmədiyev, Mir¬əziz Ukmasi, Ayaz İs¬haqi, Mə¬¬cid Qa¬furi, Əbdül-Qa¬fur Gül¬əh¬mədov və adlarını göstə¬rə bilmə¬diyi¬miz onlarca başqa qələm sahibləri öz yaradıcılığı ilə tatar ədə¬biy¬¬yatına mühüm töhfələr vermiş, onların bəziləri artıq so¬vet döv¬rü¬nə qədər gəlib çıx¬mışlar. Bun¬lardan üçü – Tukay, Dərd¬mənd və Babiç yeni tatar ədəbiyyatının beşiyi başında durmuş azman sə¬nətkarlardır. Bu üç şairin arasına birincilik məhz Ab¬dul¬la Tu¬kaya məxsusdur. Sovet döv¬rün¬də onun adına Musa Cə¬lilin də adı əlavə edildi. Bu¬nun bir neçə səbəbi var. Əvvəla, bu iki sənət¬kar istedadının miqyasına görə digər ədiblərdən seçilir. Onlar ta¬tar ədə¬biy¬yatı tarixində çox dərin iz buraxmışlar. İkin¬cisi, on¬lar elə bu səbəbdən də daha çox təb¬liğ edilmişlər. Üçün¬cüsü, onla¬rın şəxsiyyəti, xüsusilə faciəvi taleyi bu məşhur¬luğa öz dam¬ğa¬sını vurmuşdur.

***

Müasir dövrdə tatar ədəbiyyatının parlaq si¬maları o qədər çoxdur ki, bu mövzuya girmək özü böyük cəsarət tələb edir. On¬ların arasında Robert Minnullinin özəl bir yeri var.

Tanınmış tatar şairi Robert Müəllim oğlu Minnullin (ta¬tar¬ca orijinalda: Роберт Мөгал¬лим улы Миңнуллин) 1 av¬qust 1948-ci ildə Baş¬qır¬dıs¬tanın İleş rayonundakı Nəcəde kən¬dində ana¬dan olmuşdur. Robert bir yaşında olanda onun ailəsi Qıpçaq kəndinə köçmüşdür. Atası burada bir neçə il işlədikdən sonra doğ¬ma Şəmmət kəndinə qayıtmışdır. Robertin uşaqlıq və yeni¬yetməlik illəri Tatarıstanın Ak¬tanış rayonuna bağ¬lı olan bu kənd¬də Sön çayı¬nın sahillərində keç-miş¬dir. O, ibtidai təhsilini də bu¬ra¬da almış, sonra qonşu Akküz kəndin¬dəki 8 illik məktəbdə oxu¬muşdur. Məktəbi b¬a¬şa vurduqdan sonra Ufa (orijinal adı: Öfö) şə¬hərindəki ticarət-kulinariya məktəbinə daxil olmuşdur. Bir neçə aydan sonra doğma kən¬dinə qayıdıb kitabxanada və kolxozda çalış¬mış¬dır. Sonra rayon mərkəzindəki məktəbdə oxu¬muş, orta təhsilini Qarabaş kəndində ta¬mam¬la¬¬mışdır.

Məktəbdən sonra Robert iki il (1966-68) “Mayak” adlı rayon qəzeti redak¬siyasında ədə¬bi işçi işləmişdir. Ədəbi yara-dı¬cılığa olan ma¬rağı bu dövr¬də daha da güclənmişdir. Hələ mək¬təbdə oxuyan¬da “Başqırdıstan pio¬neri” və “Mayak” qə-zetlərində ilk şeirləri dərc olunan Robert daha sonra “Leninçi” və “Qızıl dan” qəzet¬lərində öz məqalələri və şeirləri ilə çıxış etmişdir.

Kazan Dövlət Universitetinin tatar dili və ədəbiyyatı böl-mə¬sində təhsil aldığı illərdə (1968-73) Robert istedadlı gənc şair kimi ta¬nın¬¬mışdır. Onun əsərləri artıq “Tatarıstan yaş¬ları”, “So¬sia¬listik Tatarıstan” qəzetlərində, “Kazan odları”  jur-nalında, “İdel” al¬ma¬¬naxında çap olunmağa başlamışdır. 1970-ci ildə  nəşr olunan “İlk qaran¬quşlar” adlı kitaba onun da bir neçə şeiri daxil edil¬mişdir. Po¬bert 1972-ci ildə gənc şairlərin Ümumittifaq fes¬tivalına qa¬tıl¬mışdır. 1973-cü ildə tanınmış tatar şairi İldar Yüze¬yev “Tatarıs¬tan yaş¬ları” qəzetində Robert haqqında uğurlu yol yaz¬mışdır.

Robert Minnullin universiteti bitirdikdən sonra “Yaş le¬nin-çi” qəzetində müxbir (1973-77), “Kazan odları” qəzetində re-daktor və mə¬sul katib (1977-83) işləmiş, bir müddət respub-lika te¬¬levizyasında baş redaktor (1983-86) olmuşdur. 1986-95-ci il¬lər¬də “Yaş le¬nin¬çi” (1990-cı ildən “Sabantuy”) qəzetində baş re¬dak¬tor vəzifəsini tutmuş, 1990-cı ildə Tata¬rıs-tan Respub¬li¬kası de¬¬putatı seçilmişdir. 1988-94-cü illərdə Tatarıstan Uşaq Fondu¬nun sədri ol¬muş,1995-2000-ci illərdə Dövlət Şurasının mə¬dəniyyət və milli məsələlər üzrə daimi komis¬siyasına rəhbərlik et¬miş, 2000-2004-cü illərdə Dövlət Şurası sədrinin müavini ol¬muşdur. 2004-cü ilin martından Dövlət Şura¬sının xüsusi komis¬siyasının sədri işləmiş, 2009-2014-cü il¬lər¬də Dövlət Şurasının dördüncü çağırış depu¬tatı seçilmişdir.

2014-cü ildə təqaüdə çıxmışdır. İndi azad sənətkardır.

Robert Minnullin tanınmış şair, publisist, jurnalist və si¬ya¬si xadimdir. Müxtəlid dillərdə (ta¬tar, rus, başqırd, Azərbaycan və s.) 70-dən artıq ki¬¬tabı çıxmışdır. 2007-ci ildə seçilmiş əsər¬-lə¬rinin 7 cildliyi işıq üzü görmüşdür. Evli¬dir, bir oğlu, bir qızı var.

O, Tatarıstanın əməkdar incəsənət xadimi (1993), Baş¬qır-dıs¬tanın əməkdar mənəniyyət işçisidir (1998).
Gəncliyində daha çox uşaqlar üçün şeirlər yazmağa baş-layan şair bu sahə¬nin Həsən Tu¬fan, Sibqət Həkim, Fatih Hüsnü, Şövkət Qəli¬yev kimi ustadlarının yaradıcılığını uğurla da¬vam et¬dirmiş, uşaq şei¬rinə yeni obrazlar, poetik tapıntılar, mövzu və ifa¬də əlvanlığı, yeni pe¬da¬qoji və psixo¬loji yanaşma gətirmişdir.

Robert 1977-ci ildə SSRİ Yazıçılar İttifa¬qına üzv qəbul edil¬¬mişdir.

“Akbaq sirkdə” (1978), “Yeddi əmi atı qo¬şur” (1980) və “Aya uçduq” (1982) adlı uşaq kitablarına və televizi¬yada ədə-biyyatı fəal şəkildə təbliğ etdiyinə görə Robert Min¬nullin 1982-ci ildə Musa Cəlil adına mükafata layiq görülmüş¬dür. 

Şairin bir çox şeirlərinə musiqi bəstələn¬miş, onun Sara Sadıqova, Rüstəm Yaxin, Re¬zeda Axi¬yarova, İlgiz Zakirov ilə bir¬likdə yaz¬dıq¬ları say¬sız-hesabsız mahnıları ümumxalq rəğbəti qazan¬mış, peşəkar və həvəskar müğən¬nilərin repertua-rın¬da əsas yer tutmuş, müxtəlif müsabiqə və festi¬vallarda dəfələrlə birinci yerə çıxmışdır.

Tanınmış ədibin “Bizim kəndin zooparkı” (1988), “Mənə qardaş lazımdır” (1990) adlı ki¬tabları respublika müsabiqə¬lə-rində birinci yer tutmuşdur. “Dünyadakı ən böyük alma” (1992) adlı kitabı isə beynəlxalq Hans Xristian Andersen diplomuna layiq görülmüş, 1997-ci ildə Tatarıs¬tan Yazıçılar Birliyinin Ab¬dulla Əliş mükafatı verilmişdir. 1998-ci ildə isə Ro¬bert Min¬nul¬lin «Küçtənəç” adlı kitabına görə Abdulla Tukay adı¬na Döv¬lət mükafatını almışdır.

***


Robertlə tanışlığımız tam təsadüfi oldu. 2011-ci ildə mən Abdulla Tukayın anadan ol¬ma¬sının 125 illiyi münasibətilə şairin “Millə¬tim” kitabını tərcümə edərək çapdan buraxmış və Kazana Tatarıstan Yazıçılar Birliyinə gön¬dər¬miş¬dim. Birliyə xüsusi bir məktub yazaraq bu tərcü¬məni Tukay mükafatına təqdim etməyi xahiş elə¬mişdim. İnternetdən izləyərək bu təq-dimatın baş tutma¬dığını gördüm. Bu bir yana, mənim tərcü-məm barədə heç harada heç bir məlumat veril¬mədi, mən yubileyə də dəvət edilmədim.

Yubileylə bağlı Tukayın rusca, başqırdca və başqa dil¬lər¬də kitabları buraxılmışdı.Ancaq bun¬lar əski tərcümələr əsasında gerçəkləşdiril¬mişdi. Mənim tərcüməm isə tamamilə yeni olmaq¬la yu¬bi¬¬leyə layiqli töhfə idi. Mən bu ba¬rədə bəzi tatar təşkilatla¬rına (Mədəniyyət nazir¬liyi, Tukay fondu və s.) məktub yazdım. Bu biganəliyi Tukayın ruhuna hörmətsizlik kimi qiymətlən¬dirdim. Hə¬min məktub¬lardan biri Robertin əlinə düşmüşdü. Ro¬bert araş¬dır¬ma aparmış və göndərdiyim kitabları Yazıçılar Bir¬liyinin sey¬fində tapmışdı. Bundan sonra bö¬yük skandal oldu. Ta¬tarıstan mədəniyyət nazi¬rinin müavini, əslən bakılı tatar olan İra¬də Əy¬yu¬bova Bakıya gələrək Milli Kitabxanada keçirilən Tukay bay¬ra¬¬mında hamının gözü qar-şısında məndən üzr istədi, Tatarıs¬tan Mədəniy¬yət Nazirliyinin “Mədəniyyət sahəsində üstün xid¬mətlə¬rinə görə” medalını mənə təqdim etdi. Mən, əlbəttə, qəlbən mö¬kəm incimişdim, hör¬mətli Anar müəllimin məsələyə qarışma¬sın¬¬dan sonra medalı qəbul etdim.
Məni yubileydən bir müddət sonra Kazana dəvət etdilər və könlümü aldılar. Orada Tata¬rıstam Milli Kitabxanasında yer¬li ziyalılarla görüş zamanı Robertlə tanış oldum. Bu tanışlıq dost¬luğa çevrildi. Bir neçə dəfə Bakıda və xaricdə görüşdük. 2014-cü ildə Aşqabadda hər ikimiz Türkmənistanın “Məxdumqulu Fə¬raqi” medalı ilə təltif olunduq.

2017-ci ilin axırında Robert mənə bir mək¬tub yollayaraq gə¬lən il 70 yaşının tamam olacağını bildirdi və onun yaradıcılığı haqqın¬da bir məqalə yazmağı xahiş etdi.Mən ona eynən belə cavab ver¬dim: “Bir məqalə nədir ki?! Gəl mən sənin bir kitabını tərcü¬mə edim və həmin kitaba geniş bir ön söz yazım”.İndi ki¬tab ha¬zırdır və sizin sərəncamınızdadır.

***

Bu, Robertin azərbaycanca çıxan ikinci kitabıdır. İlk ki¬tabı mən görməmişəm. Təsirində qalmamaq üçün (əgər həqi¬¬¬qə¬tən dəyərli tərcü¬mədirsə, ki buna ehtimal vermirəm, çünki biz¬də tərcümələri orijinaldan deyil, ruscadan edirlər) ona heç bax-maq da istəmədim. Həm də bu qərara gəldim ki, Robertin şeirlərinin oriji¬nalını da burada vermək lazımdır. Qoy oxucu şeirləri hər iki dildə oxusun və dəyərləndirsin. Bu, əslində, tərcüməçinin əl-qo¬lunu möhkəm bağlayır, özündən toxumağa, sərbəstliyə heç bir im¬kan vermir. Mən Tukayın kitabını və qazaxların məşhur “Qız Cibək” dastanını bu şəkildə tərcümə etmişəm. İki dildə çıxan bu ki¬tablar qardaş dillərimizin bir-birinə nə dərəcə¬də yaxın oldu¬ğu¬nu gös¬tərmək baxımından mü¬hüm əhəmiyyət daşıyır.

***

Robert Minnullin necə şairdir? Tək bir cüm¬lə ilə desək, qeyri-adi şairdir, parlaq iste¬dad sahibidir. Həm də məhz mənim dos¬tum olduğu üçün yaxşı şair deyil, tam əksinə, yaxşı şair ol¬duğu üçün mənim dostumdur. Bunu si¬zə misallarla göstərmək is¬təyi¬rəm.

Robertin yaradıcılığında vətən sevgisi, ana yurdun gö¬zəl-likləri, Kazan, Sön çayı... xüsusi yer tutur. Bunlar haqqında şai¬rin bir-birindən gözəl şeirləri var. Biz Robertlə belə qərara gəl¬dik ki, (bu, əslində, mənim qərarım oldu) onun 70 illik yu-bileyi münasibətilə bu kitabda cəmisi 70 şeir verək. Həm də mən bu şe¬irləri 110 şeirin içindən mövzular üzrə deyil, gə¬li¬şi gözəl seç¬dim. Onun “Bu da belə ölkədir” şeiri ilk baxışda tənqidi səciyyə daşıyır, əslində isə bu, doğma vətənə, xalqa, millətə dərin sevgi hislərinin poetik təzahürüdür. Bu mənalı şeir qışqırsan eşitmə¬yən, göstərsən gör¬məyən, sor¬san cavab verməyən, yalvarsan dua bilməyən, kar, kor, lal, dinsiz, hər şeyə biganə insanlara xitab¬dır, onları qəflətdən oyatmağa çalışan şair harayıdır. Onun “Tatar”, “İdilimiz”, “Sön ça¬yına qayıtsam”, “Sön çayı söyüdsüz olmaz”, “Oxuya bilmirəm” kimi şeirləri vətənə övlad sevgisi ilə doludur. Xüsusilə “İdilimiz” şeiri çox təsirlidir:

İdilimiz!
İdil  bizim
Dənizimiz.
İdil bizim
Təməlimiz,
Üfüqümüz,
Genliyimiz!
İdil bizim
Kimliyimiz!
 
“Tatar” şeirində isə neçə-neçə millətin for¬malaşma¬sın¬da müstəsna rol oynamış, onlara qan, göz, üz, çöhrə vermiş bir xal¬qın tari¬xi xid¬mətlərindən söz açılır:

Neçə millət baxıb durur
Tatarların gözü ilə,
Neçə millət gəzib durur
Tatarların üzü ilə.
 
Neçə millət yaşayır bəs
Tatarların qanı ilə?
Başqırd, özbək, urus, filan,
Tatarların canı ilə.

Sahilində boy atdığı Sön çayına xüsusi sevgi ilə yanaş¬ma¬sı Robertin bu yerlərə duyduğu vəfa və sədaqəti gözlər önünə sərir.  Bircə bəndə baxmaqla o məhəbbəti anlamaq mümkün-dür:

Dönsəm ocağıma, ata evimə,
Mən uşaq oluram, uşaqlaşaram.
Burda hər söyüdlə, burda hər itlə
“Sən” deyə sarılıb qucaqlaşaram.

Hər şairin öz taleyi, öz missiyası var. Robert bunu öz şe¬ir¬-lərində əks etdirir. Onun bu kitabdakı “Biz yazdıq”, “Yazmaz idim”, “Şairlər”, “Gecə şeir yazıram”, “Şeiri özüm yazmıram” və başqa şeirləri bu mövzuya həsr olunmuşdur. Şairliyin ilahi bir görəv olması, şeirin isə sehirli qüvvələr tərəfindən gecə qulağa söy¬lənməsi və diqtə edilməsi məcazi bir şəkildə təsvir edilir:

Qulağıma söyləyən
Əlbəttə, deyil xuday.
Əgər xuday desəydi,
Mən də olardım Tukay...

Robert bu hiyerarxiyada öz yerini də də¬qiq bilir.

Özü haqqında yazdığı “Xəstələnib yatır¬am” və xəstəxa-naya düşən alovlu və¬tənsevər, polad kimi mətin Zəki Zey¬nul¬-linə həsr elədiyi “Polad da əyilər” şeirlə¬rin¬də tale ilə çiling-ağac oy¬nama cəsarəti və bunun poetik təsviri gös¬tərilir:

Mən bir başqa...
Mən şairəm,
Sinəmdə var sadə ürək,
Şair ürəyi ağrısa,
Şaşırmasın kimsə gərək.

Mənim kimi adamlara
Ağrı, acı – noral həyat.
Zəki dayı...
Bəs bu nədir,
Əyilirmi yoxsa polad?

Robertin məhəbbət lirikası da çox qüv¬vətlidir. Bu, sevən qəlbin iztirabları, sevginin təlatümlü anları, intizar, həsrət, ayrı¬lıq, qıs¬qanc¬¬lıq, inciklik, sədaqət duyğuları ayrı-ayrı lövhələr ha¬lında oxucuya təqdim olunur. “Mərsiyə”, “Sevginin son qatarı”, “Sənin qa¬tarın”, “Unut”, “Sən yenə yoxsan”, “Ömür boyu göz¬lərəm”, “Səni görəndən sonra”, “Sən¬siz yaşaya bilməm”, “Sizdə yağan qarlar” adlı şeirlərdə bütün bu duyğular tək-tək işlənir, incə-incə nəqş edilir. Məsələn, “Ömür boyu gözlərəm” şeirindən iki bəndə baxaq:

Gün boyu, ay, il boyu,
Daim gözlərəm səni.
Ömür boyu gözləməm
Səndən başqa kimsəni.
 
Qoy yansın, qoy darıxsın,
Qoy ağlasın, özləsin...
Ən mühümü budur ki,
Səni kimsə gözləsin!

“Sizdə yağan qarlar” şeiri isə insana bir az idillik, hətta platonik təsir bağışlayır. Aşiqin sevgilisinin diyarına yağan qarı uzaq məsafə¬dən bütün fiziki səciyyəsi ilə hiss etməsi mə-həb¬bə¬tin qüdrətini göstərir, səhradakı Məcnu¬nun kənddə xəstə yatan Leylinin ağ¬rılarını yaşaması kimi alqılanır:

Sizdə yağan qarlar yağar üstümə,
Qar altında dayanaram cim-cimə.
Sən verdiyin qəmlər yağar üstümə,
Mən dərd ilə dop-doluyam, lim-limə.
 
Sizdə yağan qarlar yağar üstümə,
Uçar könlüm gah o yana, bu yana...
Qar əriyib gur yağışa çevrilər,
Ya da dönər bir amansız borana!

Robert Minnullinin yaradıcılığında təbiət motivi, ilin fə-silləri, xüsusilə güz (payız), yaz, yay, qış, yarpaq, xəzan, ağca¬qayınözəl yer tu¬tur. “Güz fəslinə girmək ağır”, “Payız yar¬pa¬ğı”, “Yarpaq to¬yu”,  “Son yarpaqlar”, “Yay¬da pa¬yız”, “Qışı tərk et¬dim” və baş¬qa şeirləri bunlara parlaq misaldır. Yer azlığı üzün¬dən mi¬¬sal verə bilmirik, çünki hörmətli oxucula¬rımız özləri də bütün bu motivləri kitabda gö¬rə¬cəklər.

Robert Minnullin poeziyasında quş motivi də çöx önəm kəsb edir. Həm də burada quşlar bülbül, sona (ağ qu quşu) və qa¬ğayı kimi üç növ halında nəzərdən keçirilir. Belə anlaşılır ki, şairin bülbülə (tatarcada və əski türkcədə: san¬duqaç) xüsusi rəğ¬bəti var. Özünün yazdı¬ğına görə, şair bu ya¬şa çatsa da, hələ canlı bül¬bül görməmişdir, ancaq bülbül nəğ¬məsi onun il¬ham qay¬na¬ğıdır. Robert by barədə belə yazır:

Bülbül səsi dinlədim,
Boğulub göz yaşıma.
Mən heç bülbül görmədim,
Çatsam da bu yaşıma.
 
Görməyə nə lüzum var,
Dinlə şeyda bülbülü.
Dinləyəni olarsa,
Açar gülü, sünbülü...
 
Gecə başım üstündə
Bülbül oxudu yenə.
Bugün bir şeir yazdım,
Bu nəğmənin eşqinə.
 
“Bülbül”, “Bülbül çağı ötüşdü”, “Bülbül həsrəti”, “Bül-bül¬lər yazda doğular”, “Bül¬bül¬lərin toyu” kimi şeirlər bizə haqq verir ki, Ro¬berti “bülbül şairi” adlandıraq. Əbəs deyil ki, kitabın adı məsələsi ortaya çıxanda Robert “Bül¬¬büllərin toyu” adını tək¬lif etdi. Mən “Sev¬gi¬nin son qatarı” adını seçmişdim, ancaq şairin daha doğru qərar verdiyini gördüm. Məncə, şairlərin cəmiyyə¬tin olduğu kimi, bülbüllər də təbiətin şairləridir:

Nə yaxşı ki, bülbüllər var,
Aşıb daşar nəğmələri.
Bülbüllər yazda doğular,
Yazda qoşar nəğmələri.

Şair bülbüllə nəğməni eyni dəyərdə iki varlıq hesab edir. Onlar bir-birini tamamlayır,bülbülün canı olan nəğmə eyni za¬man¬da onu digər quşlar¬dan fərqləndirir:

Bülbülün canı yox nəğmədən özgə,
Ömrü nəğmə ilə xoşdur onların.
Bülbüllər quşdurmu, yox, quş deyillər,
Sadəcə görkəmi Quşdur onların...

Robertin sonaya (qu quşuna) həsr elədiyi şeirlər də çox duyğuludur. Bunlar mərhum Məm¬məd Aslanın durnalar haqqın¬dakı şeirlə¬rinə bənzəyir. Sonanın iniltisindən oyanan şair dərin hə¬yəcan keçirir, vəziyyəti yerində gör¬mək üçün birbaş sonalar gö¬lünə gəlir. Heyhat, mənzərə acınacaqlıdır:

Bəlkə mən düz eşitmədim,
Səhv elədi bəlkə sona?
Dalğalandı sona gölü,
İniltidən başdan sona.

Zülmət gecə aydınlandı
Bu sonanın zil səsindən.
Yoxsa yalqız, tənha sona
Ayrı düşdü dəstəsindən?

Tapa bilmədim sonanı...
Nə dərdi var, harasında?
Qaldı səsi göl boyunca
Qayınların arasında.

Qağayılar da hər şair kimi Robertin diq¬qətini cəlb edir və onun yaradıcılığında öz poe¬tik əksini tapır. Şair onlarla birlikdə pərvazlan¬maq istəyir, lakin təbiət insanı uçmağa qoy-mur:

Qağayılar arasında
Uçar idim mən özüm də.
Xoşbəxtlikdir uça bilmək,
Süzə bilmək göy üzündə.

Mən, əlbəttə, uçar idim
Qağayılar uçan kimi.
Neyləyim ki, qanadım yox,
Necə uçum insan kimi?

Bu kitabda Robertin iki şeiri var ki, on¬la¬rın haqqında ayrıca danışmaq lazımdır. Bun¬lar¬dan biri “Qızıla mədhiyyə” şei¬ridir. Böyük Ab¬dulla Tukay hələ yüz il əvvəl “Altına qarşı” şe¬i¬¬rində Mak¬¬sim Qor¬ki¬nin obrazlı şəkildə “sarı ib¬lis” adlandırdığı qızıl haqqında belə yazmış¬dı:

Allahım! Yer üzündən bircə bu altını al,
Müqəddəs yeri yaxan bu alovu-qanı al!

Robert öz şeirində qızıla başqa münasibət bəs¬lə¬yir; onu müxtəlif vəsilələrlə vəsf və tərən¬nüm, mədhiyyə oxuyur, ancaq hər də¬fə qızıl mü¬¬qayisə obyektindən daha aşağı, daha dəyər¬siz, daha qiymətsiz gö¬rünür:

Mədhiyyə yazıram bütün dünyada
Var olan ağ, qara, yaşıl altına.
Mənim anam kimi qızıl sırğasız,
Çox uşaq böyüdən qızıl xatına.

Barmağında qızıl üzük olmayan
Əməkçi xatının qızıl əlinə.
Mədhiyyə yazıram qızıl günəşə,
Doğma vətənimin qızıl çölünə.

Şair qızılı daha sonra qızıl çöllərdə qızıl ta¬xıl yetirən zəh-mətkeş əkinçi¬lər¬lə, anbarlara yı¬ğılan bərəkətlə, vətənin qızıl pa¬yı¬zı ilə, müd¬¬rik qocanın qızıl kəlamları ilə, öz adını tarixin qızıl səhifə¬lərinə qızıl hərflərlə həkk edən qazi¬lərlə və azadlıq uğrun¬da ölən şəhidlərlə müqa¬yisə eləyir, insanları saflığa, təmizliyə, ül¬vi¬li¬yə, qızıl kimi olmağa səs¬¬¬ləyir, onlara qızıl öv-lad¬¬lar, qızıl gə¬linlər və kürəkənlər dilə¬yir, öz qızıl arzularını bildirir:

Gəlin özümüz də qızıl tək olaq,
Qızıl deyiliksə, qərəksizik biz.
Mədhiyyə söyləyim həm də ki sizə,
Qızıl kimidirsə əgər qəlbiniz!

Qızıl saçlı altın qızlar böyüdün,
Ən ağır anlarda siz yenə gülün!
Qızıl toyunuza qədər yaşayın,
Qızılın üzünə... yenə tüpürün!

Haqqında ayrıca danışmaq istədiyim ikinci şeir şairin “İnsan ömrü çox qısadır” adlanan şeiridir. Bu şeirdə ömrünün ən müdrik çağını yaşayan şairin ömür və həyat haqqındakı düşüncələri öz əksini tapır:

İnsan ömrü çox qısadır...
Qiymətlidir hər hissəsi.
Dəyərlidir hər saatı,
Dəqiqəsi, saniyəsi.
 
İnsan ömrü çox qısadır...
Sezilmədən dönüb gedir.
Sanki ömrün ocaqları
Bir andaca sönüb gedir
 
İnsan ömrü çox qısadır,
Bir söndüsə, bir də yanmaz.
Hər kəs üçün bu doğrudur,
Şairlərə aid olmaz.

Burada həm də “bədii eqo” ilə qarşılaşırıq. Gerçəkdən də, hər insanın ömrü bir dəfə və əbədi sönən şam kimidir, yalnız şairlərin ömrü istisna təşkil edir. Əsərləri yaşayırsa, şair özü də yaşayır. Robert şeirlərinin birində mavi göylərdə doğan ulduzdan, ləpələnən mavi dənizdən, şölələnən mavi ocaqdan bəhs edir, sonda bunların möcüzə-filanla əlaqədar olmadığı, yalnız şairin, söz-sənət adamınınişi olduğu qənaətinə gəlir:

Bu, əlbəttə, sehir-tilsim
İşi deyil.
Bu şair də elə-belə
Kişi deyil!

Təbii ki, bunu yazan Robert Minnullun elə-belə kişi deyil, o, şairdir, elə-belə şair də deyil, o bir tatardır, elə-belə sıravi tatar da deyil!

Bu kitab burada bitir. Ömür isə hələ davam edir. Hələ biz dostumuz, Tatarıstanın xalq şairi Robert Minnullinlə çox görüşəcəyik. Bakıda, Kazanda! Azərbaycanda, Tatarıstanda! Türk dünyasında! Yubiley şənliklərində, toplantılarda, bayramlarda! Bu kitabla Robet bir qədər də azərbaycanlılaşır, bir qədər də bizdən olur. Bu kitabdan sonra biz onu Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında tədris və tədqiq etmək şansı qazanırıq. Azərbaycan oxucusu isə onun xalq şairimiz Sabir Rüstəmxanlı qədər özününkü olaraq qəbul edəcək! Buna inancım tamdır! Bu iki azman şairin ömür yolu, milli əqidəsi, ədəbi-bədii və siyasi mübarizəsi, yaradıcılığı, üsyankarlığı, bir sözlə, hər şeyi üst-üstə düşür. Ulu Tanrı hər ikisinə uzun ömürlər əta eləsin. Tanrı Türkü qorusun! Amin!

Robert Müəllim oğlu!

70 yaşın mübarək!

Ramiz ƏSKƏR
Filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri
Bakı, 21 mart 2018-ci il.

Robert MİNNULLİN

Шигырь чоры
 
Тагын шигырь чоры килә –
Бигрәк моңсу чорлар.
Көзге көннәр күңелемне
Тагын моңга чорнар.
 
Көз үткәнче бертуктаусыз
Әрнер инде җаным –
Хәтерләмим дә мин аның
Әрнемәгән чагын.
 
Торам менә хисләремне
Чак-чак кына тыеп.
Шул кадәр хис җырга гына
Бетәме соң сыеп?
 
Язылмаган күпме шигырь,
Күпме җырлар көтә.
Җырлар булып кошлар китә
Җанны өтә-өтә.
 
Болай да нәзек күңелне
Көзләр өзә инде...
Тагын шигырь чоры килә –
Кәгазь түзә инде.

Şeir çağı

Gəldi şeir çağları,
Qəmli, qüssəli çağlar.
Sıxar payız günləri,
Qəlbim yenə qan ağlar.

Payız boyu durmadan
Yenə sızlayar canım,
Xatirimdə qalmamış
Qəmsiz keçən bir anım.

Bir ürəyə bunca hiss
Necə yığışa bilər?
Bir nəğməyə bunca hiss
Necə sığışa bilər?

Yazılmayan şeirlər,
Neçə nəğmələr qaldı.
Nəğmələr uçdu quş tək,
Canımı dərdə saldı.

Mənim nazik könlümü
Payız necə də üzür...
Axıb gəlir şeirlər,
Kağız neyləsin, dözür.

Мин борчылып яткан булам 
 
Мин борчылып яткан булам,
Төрле уй килә башка:
Янәсе, мин монда чакта
Нишләрләр миннән башка?!

Мин борчылып яткан булам,
Тик җан юкка көенә.
Дөньяның китми исе дә –
Тәгәри үз көенә.
 
Мин борчылып яткан булам:
Кәеф тә юк, хәл дә юк.
Ә тормыш кайный минсез дә –
Әллә бар мин, әллә юк.

Xəstələnib yatıram

Xəstələnib yatıram,
Başda dürlü düşüncə.
Mən hələ ki burdayam,
Nə olacaq ölüncə?
 
Xəstələnib yatıram,
Canım ağrıyır boşa.
Çərxi-fələk fırlanır,
Dünya yenə tamaşa.

Xəstələnib yatıram,
Nə kefim var, nə halım.
Həyat ötür mənsiz də,
İstər ölüm, ya qalım.

Татар

Татар белән изгән Рәсәй,
Татар белән баскан.
Татардан башка булалмый, –
Татар баштан ашкан!

Татар күчмә кошлар кебек –
Ул туктаусыз күчә.
Утлар-сулар кичә татар,
Шахталарга төшә.

Тату булып яши белә
Татар барсы белән:
Үрчетә чит милләтләрне
Татар башы белән!

Күпме милләт карап тора
Татар күзе белән,
Күпме милләт балкып тора
Татар йөзе белән!

Күпме милләт яшәп ята
Татар каны белән,
Үзе – үзбәк, урыс, башкорт...
Татар – җаны белән.

Татарларны үлчи алмый
Бернинди дә бизмән...
Татар белән баскан
Рәсәй, Татар белән изгән!

Tatar

Rusiyada çoxdur tatar,
Burda tatar aşıb daşır.
Onlardan başqa kimsə var?
Burda tatar başdan aşır.

Bax, köçəri quşlar kimi
Dayanmadan köçür tatar,
Şaxtalara düşüb çıxır,
Oddan, sudan keçir tatar.

Mehribandır hamı ilə,
Görən bunun sirri nədir?
Bütün başqa millətlərə
Tatar xalqı nümunədir.

Neçə millət baxıb durur
Tatarların gözü ilə,
Neçə millət gəzib durur
Tatarların üzü ilə.
 
Neçə millət yaşayır bəs
Tatarların qanı ilə?
Başqırd, özbək, urus, filan,
Tatarların canı ilə.
 
Tatarlara ölçü olmaz,
Görən, varmı bunun yolu?
Tatar ilə daşır Rusiya,
Tatarlarla ölkə dolu!

Корыч та бирешәдер...

Зәки Зәйнуллинга

Зәки абзый больницада..
Йөрәген тотып ята.
Дарулар йотып ята ул,
Кайсысын тотып ата.
 
Авыртадыр...
Авыртканга
Йөрәген учлап ята.
Йөрәген учлап ятса да,
Каләмен очлап ята.
 
Ә бит мәйдан тота иде,
Бил бирмәс егет иде.
Гомергә дә бирешмәс һәм
Авырмас кебек иде.
 
Йөрәге дә тимер иде,
Чыныккан корыч иде.
Һәрбер сүзе өзә торган –
Тутыкмас кылыч иде.
 
Мин ярый инде...
Мин – шагыйрь,
Миндә гадәти йөрәк.
Шагыйрь йөрәге авыртса,
Аптырамаска кирәк.
 
Минем кебекләргә әле
Чирләү дә килешәдер..
Ә Зәки абзый...
Күрәсең,
Корыч та бирешәдер.

Polad da əyilər

Zəki Zeynullinə

Zəki dayı şəfa umur,
Ürəyindən xəstə yatır,
Hər gün neçə dərman udur,
Neçəsini çölə atır.

Ağrısı var...
Ürəyinə 
Şəfa, qüvvə, güc diləyir,
Ürəyindən yatır, amma
Qələmini itiləyir.

Cavan idi, meydanlarda
İgid idi, çox qoçaqdı.
Sanki elə ömür boyu
Belə sağlam qalacaqdı.

Dəmir idi ürəyi də,
Polad idi, əyilməzdi.
Hər bir sözü qılınc idi,
İki dəfə deyilməzdi.

Mən bir başqa...
Mən şairəm,
Sinəmdə var sadə ürək,
Şair ürəyi ağrısa,
Şaşırmasın kimsə gərək.

Mənim kimi adamlara
Ağrı, acı – normal həyat.
Zəki dayı....
Bəs bu nədir,
Əyilirmi yoxsa polad?

Көй

Рәми Гариповка
 
Кайта-кайта укып ятам 
Дуслар биргән китабыңны.
Китабыңнан миңа дигән 
Өр-яңа бер көй табылды.

Күңелемдә көтмәгәндә
Күптән көткән көй кабынды.
Кайнар кан тамырларымнан
Кайнарланып көй агылды.
 
Каян таныш көй бу дисәм,
Ул миндә дә яткан икән.
Ничә еллар, сиздермичә,
Минем канда аккан икән.
 
Рәхмәт сиңа – мин язасын 
Инде күптән син язгансың...
Үзәк өзгеч бер көй булып 
Кайттың миңа син яздан соң.
 

Nəğmə

Başqırd şairi Rəmi Qəribova

Dönə-dönə oxumuşam
Dostlar verən kitabını.
Kitabından özüm üçün
Tapdım nəğmə rübabını.

Ürəyimi nə müddətdir
Gözlədiyim nəğmə yaxdı.
Qaynar qanlı damarımdan
Qaynayaraq nəğmə axdı.

Demək, tanış nəğmə budur,
Məni içdən yaxan nəğmə,
Neçə illər sezilmədən
Damarımda axan nəğmə.

Sağ ol ki, mən istəyəni
Artıq çoxdan sən yazmısan.
Bizə ortaq nəğmə tapıb,
Mənə yazı qaytarmısan.

Энекәшләр
 
Берегез – Фән! Берегез – Рим!
Берегез – Ким!
Горур булыйк, энекәшләр,
Без кемнән ким?!
 
Пәһлеван сез минем янда 
Өчегез дә.
Әкияттәге шикелле
Көчегез дә.
 
Салсал Батыр, Камыр Батыр,
Алып Батыр 
Көрәшләрдә дошманнарны
Алып атыр!
 
Ватанымның солдатлары
Өчегез дә. 
Солдатлар сез хәзер инде
Эшегездә.
 
Сабантуйда, мәйданнарда 
Калыр батыр
Салсал Батыр, Алып Батыр,
Камыр Батыр!
 
Әнкәемнең буе җитми
Кочакларга.

Сез – мәһабәт! Сыймыйсыз сез
Кочакларга.
 
Уртак җиңү – алышларда 
Калса батыр
Камыр Батыр, Алып Батыр,
Салсал Батыр! 
 
Сез бар чакта, Әнкәй тыныч,
Мин дә тыныч.
Сезнең кебек ирләр барда –
Ил дә тыныч!

Qarındaşlar
 
Biriniz Fən! Biriniz Rim!
Biriniz Kim!
Qürur duyaq, qardaşlarım,
Bizdən üst kim?
 
Mənə baxmış pəhləvansız,
Üçünüz də.
Nağıldakı qədər çoxdur
Gücünüz də.
 
Salsal Batır, Kamır Batır,
Alıp Batır
Güləşlərdə düşmənləri
Alıb atır!
 
Vətənimin əskərləri
Üçünüz də.
Əskərsiniz elə indi
İşinizdə.
 
Sabantuyda, meydanlarda
Ağır batır
Salsal Batır, Alıp Batır,
Kamır Batır!
 
Anamızın boyu yetmir
Qoçaqlara,

Azmansınız, sığmırsınız
Qucaqlara.
 
Ortaq zəfər bizimkidir,
Varsa batır,
Kamır Batır, Alıp Batır,
Salsal Batır!
 
Siz varsınız, Anam rahat,
Mən də rahat.
Sizin kimi ərlər varsa,
El də rahat!

Аккош иңрәве

Кап-кара төн. Ап-ак аккош.
Елый үксеп. Ялварып.
Көчәя ул, җанымдагы
Үксүләргә ялганып.
 
Әллә мин ялгыш ишетәм,
Әллә аккош ялгышкан?! 
Дулкынланды Аккош күле 
Шушы таныш тавыштан.
 
Кара төн китте яктырып
Шул аккош иңрәвеннән.
Ялгыз аккош. Ялгызак кош.
Калганмы тиңнәреннән?!
 
Төнге Аккош күленең мин
Күрмәмме дип аккошын,
Күлгә килдем, эзләп килдем 
Үзебезнең як кошын.
 
Тик табылмады аккошы...
Бары тавышы гына
Качып калган күл буеның 
Каеннар ышыгына.

Sona iniltisi

Qara gecə. Ağ bir sona
Həm yalvarır, həm ağlayır,
Güclü səsi canımdakı
Hönkürtünü qucaqlayır.
 
Bəlkə mən düz eşitmədim,
Səhv elədi bəlkə sona?
Dalğalandı sona gölü,
İniltidən başdan sona.
 
Zülmət gecə aydınlandı
Bu sonanın zil səsindən.
Yoxsa yalqız, tənha sona
Ayrı düşdü dəstəsindən?
 
Gecə gəldim qu gölünə,
Hanı gölün bu sonası?
Gölə gəldim, bəs hardadır
Özümüzün su sonası?
 
Tapa bilmədim sonanı...
Nə dərdi var harasında?
Qaldı səsi göl boyunca
Qayınların arasında.

Балачак тегермәне
 
Монда әле мин белгәндә
Су тегермәне иде.
Ә буасы – буй салганда
Без күмелмәле иде.
 
Хәтеремдә – малай чакның
Гел шунда йөгергәне...
Гел гөрлидер кебек иде
Балачак тегермәне.
 
Үтеп китәсе калган ла
Тукталмый – бүтәннәрчә.
Хәтер генә калган монда!
Тапмадым бүтән нәрсә...
 
Инеше дә әкренәйгән –
Кирәгем бетте, диптер.
Кызурак тибә башлады
Йөрәгем генә никтер...

Uşaqlığın dəyirmanı
 
Yadımdadır, o zaman
Burda vardı dəyirman.
Gölməçəsi sərindi,
Boyumuzdan dərindi.
 
Yadımdadır, uşaqdıq,
Orda itib-batardıq...
Çax-çax edir durmadan,
Sanki həmin dəyirman.
 
Ötüb getdim önündən,
Hamı kimi dinmədən.
Düşdü yada, xatirə
Bir neçə xoş xatirə...

Sakit axan çay isə
Deyir: yoxdur gərəyim.
Birdən nəyə görəsə
Möhkəm vurdu ürəyim...

Сандугачлар туе
 
Ничә төннәр җаным йокы күрми,
Күзләремә тамчы йокы керми.
Төнге бердә сайрап уяталар –
Сандугачлар миңа 
Йокы бирми.
 
Ә якты җыр, әй, бик кирәк әле –
Төннәр кара һаман, төннәр куе. 
Шуңадырмы Аккош күлендә дә 
Сандугачлар туе
Төннәр буе.
 
Сандугачлар – җырдан гына тора.
Җаннары юк җырдан тыш аларның.
Сандугачлар, юк, кош кына түгел –
Кыяфәте генә
Кош аларның...

Bülbüllərin toyu
 
Neçə gündür yuxu görə bilmirəm,
Gözlərimə yuxu getmir bircə an.
Gecə birdə oyadırlar oxuyub,
Bülbüllər yatmağa qoymurlar, inan.
 
İşıqlı bir nəğmə gərəkdir bizə,
Gecə zil qaradır, gecələr kədər.
Bəs ona görə ki, sona gölündə
Bülbüllər toy edir
Sabaha qədər.
 
Bülbülün canı yox nəğmədən özgə,
Ömrü nəğmə ilə xoşdur onların.
Bülbüllər quşdurmu, yox, quş deyillər,
Sadəcə görkəmi
Quşdur onların...

 





28.03.2020    çap et  çap et