525.Az

Papa Fransiskdə koronavirus aşkarlanmadı


 

Papa Fransiskdə koronavirus aşkarlanmadı<b style="color:red"></b>

Vatikan nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papanda və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb.

Bruninin sözlərinə görə, Vatikanda 170 nəfər üzərində analoji testlər aparılıb: “Ümumilikdə altı nəfərdə testin cavabı müsbət olub. Nə məndə , nə Müqəddəs Atada, nə də ki ən yaxın köməkçisində yeni virusun olmadığını təsdiqləyə bilərəm”.

 

 





29.03.2020    çap et  çap et