525.Az

Məktəblər üçün distant təhsil proqram təminatı pulsuz oldu


 

Məktəblər üçün distant təhsil proqram təminatı pulsuz oldu<b style="color:red"></b>

ABŞ-ın "Adobe" şirkəti distant təhsil üçün nəzərdə tutulan "Adobe Connect" proqramının lisenziyalarını Azərbaycanın bütün müəllim və şagirdləri üçün tam olaraq təmənnasız edib.

Bu barədə "APA-Economics"ə "PulPal" şirkətindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq lisenziyalar Bakı şəhərinin 8 saylı orta məktəbinin müəllim və şagirdlərinə təqdim olunub.

"Biz hazırda lisenziyaları təqdim etmək üçün müraciətlərin qəbuluna başlamışıq",- deyə məlumatda qeyd olunub.

 

 





29.03.2020    çap et  çap et