525.Az

DİN-dən vətəndaşların qeydiyyat yerinə qayıtmaları ilə bağlı məsələyə cavab


 

DİN-dən vətəndaşların qeydiyyat yerinə qayıtmaları ilə bağlı məsələyə cavab <b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, əgər vətəndaş xüsusi karantin rejimindən əvvəl qeydiyyatda olduğu rayon və şəhərdən başqa bir rayon və ya şəhərə səfər edibsə, onun geri qayıtmasında heç bir problem yoxdur.

Şəhər və rayonlararası postlarda həmin vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək.

 

 





29.03.2020    çap et  çap et