525.Az

Telli Pənahqızı-səsinə, sözünə, üzünə Ay işığı düşən xanım


 

Telli Pənahqızı-səsinə, sözünə, üzünə Ay işığı düşən xanım <b style="color:red"></b>

Mən Telli Pənahqızını... ÇOX... LAP ÇOX... İSTƏYİRƏM SEVİRƏM!!!

Həmkar kimi !

Şair kimi !

Publisist kimi !

Məmur kimi !

Xanım kimi !

Çünki sadaladığım bütün statuslarında Telli Pənahqızı öyrətməndir! "öyrətmən" sözünün bütün məna çalarları ilə USTADDIR - gələcək nəsillərdən jurnalist, şair, publisist, məmur vətəndaş olmaq istəyənlərin hər biri üçün!

"Telli kimi olun, onun kimi oxuyun"

İndiki BDU-nun bir professoru, filologiya elmləri doktoru vardı - Ziynət Əlizadə! Görkəmli alim Məmmədmübariz Əlizadənin xanımı görkəmli politoloq Zərdüşt Əlizadənin anası!

Özündən başqa bir kimsəni kübar, gözəl bilən professor, elmlər doktoru Ziynət Əlizadə qadın-zad bəyənən deyildi, hələ üstəlik ola tələbə qız. Amma Telli dilinin bəzəyiydi!!!

Telli Pənahqızı... bizdən qabaq oxumuşdu işləyirdi.

Mən O Telli Pənahqızını istədim, sevdim - çünki Ziynət Əlizadənin niyə qızlarımıza elə birinci kursdan belə deməyinin nədənini bilirdim. Mənim düşündüyüm qız obrazı Ziynət Əlizadənin nümunə göstərdiyi Telli Pənahqızıydı!

Sonralar ... ta bu günəcən isə niyə se

vdim bu sətirlər niyə yazıldı?

Həə.. Telli Pənahqızı ÖZ DƏYƏRİNİ BİLƏN ZAMANIN İÇİNDƏ ÖZÜNÜ QORUYUB SAXLAYAN XANIM oldu illərin peşində!

Telli Pənahqızı ÜMİDLƏRİ-İSTƏKLƏRİ ölməyə qoymayan ünvandır! Uman yerin küsülməyəcək ünvanıdır!

... dəyişən formasiyalar, azadlıq Vətən savaşında bizim ümidləri-istəkləri necə tarmar qoyublar? Fərqindəsinizmi bizlər qədər neçə yüz dəfələrlə küsdürüldük!

Telli Pənahqızı HAMI kimi olmadı HAMIYLA YAŞADIĞI, İŞLƏDİYİ cəmiyyətdə, təşkilatda!

Bax özəl səbəbi bu - GƏNCLİYİMİZƏ, ÖMRÜMÜZÜN KONKRET KƏSİMİNƏ SAHİB Telli Pənahqızı bizim sığınacağımız, ərk yerimizdir!

Hər şey bundan başlanır - şairliyinə sevgi , məmurluğuna hörmət , jurnallist-publisit yazılarına sayğı da...

Ölkədə qədər istəyirsən şairin-yazıçının-publisistin-məmurun cinsi mənsubiyyət baxımından kişisi var, dişisi ! Amma lakin...

Telli Pənahqızı KİŞİLİK PRİNSİPLƏRİNİ həyatında sərgilədiyi üçün "cinsi" qrafasında "kişi" yazılanların bir qisminin "əynişalvarlı" görüntüsündən o yana olmadıqlarını sərgilədi - ən azından elə işlədiyi, üzv olduğu təşkilatda, mübarizə apardığı meydanda!

Sevməzmiyik Telli Pənahqızını? - nədən?

Baş əyməzmiyik, qürur duymazmıyıq? - nədən?

Ehtiramı ifadə edib bəyan etməzmiyik? - nədən?

Nədən Telli xanım hər bir verilişi, hər bir kitabı, hər bir statusu ilə belə sabahımızın xeyirindən gecəmizə uğur gətirdiyi, bizlər üçün yazıb-yaratdığı, bizləri yaşatdığı halda düşüncəsində-ürəyində... bizlər ona layiq olduğu sevgini-istəyi ifadə etməməliyik!?

Biz beləmi kişiyik?

 ŞAİR Telli Pənahqızı:

Telli Pənahqızının şair öyrətmənliyini iddia etdim! AÇMASI bu ki: istənilən biri "ƏDƏBİYYATŞÜNASLIQ NƏZƏRİYYƏSİ" dərs vəsaitini götürüb, səhifə-səhifə POEZİYA bölümündəki tələblərlə tutuşdura bilər. şahid olar ki, Telli Pənahqızının şeirləri nəzəri sualların hamısına dolğun yetkin praktiki cavabdır: təşbeh var, təkrir , təcnis var, gəraylı da, epitet var, epitafiya da, peyzaj da var, təsvir , təhkiyə , ironiya da öz yerində, sarkazm da həmçinin, kar qafiyəli sərbəst şeiri cığalı təcnisindən heç geri qalmır, qoşma da yaddan çıxmayıb ...

Telli xanımın şeirlərindəki oksimoronlar hətta... Ziynət Əlizadəni heyrətləndirəcək qədər gözəldir!

"Sən mənim içimdə doğma, qəribsən,

Sağımda, solumda qərib doğmalar.

Ruhumun sirdaşı o yad, qərib sən,

Yanımda ömrümə şərik doğmalar"

Telli xanım:

 -adi, ötəri, keçəri, öləri hisslərin yox, adamı varından yox edən, tüklərini farağat saxlayan EHTİZAZ ŞAİRİDİR:

"Sən məni bağışla, ey Uca Tanrım!

Qəlbimi Sənə yox, nadana verdim.

Dar gündə diz çöküb Sənə yalvardım,

Xoş gündə qəlbimi şeytana verdim!"

- bütün məğlubiyyətləri qələbə ilə sonuclandıracaq silaha malik Sərkərdə şairdir:

"Hər gecə içimdə qəbir qazıram,

Əcəl müntəzirsə, mən hazıram.

Son damla qanımla yenə yazıram:

Dözə bilərsənsə, döz bundan belə!"

- dərd-ələm, sızıltı, vaysıntı, ah-uf şairi yox, İNSAN YAŞANTILARININ DUYĞULARINA SİRDAŞ şairdir:

"Dərd üstə qəm qalananda güldülər,

Könül mülkü talananda kürdülər,

Aramızda Arazdılar, Kürdülər,

Bu nadan adamlar, rəzil adamlar!"

- QƏLƏBƏ şairidir:

"Biz yalandan hönkürdük, sən içində ağladın,

Dil-dil ötən biz olduq, sən sirrini saxladın,

Gözlərin yaşla doldu, kipriyini sıxmadın,

Bizi bağışlama, Vətən, ay Vətən!"

- bir ömrün salnaməsindən arxayın olub o salnamənin doğru-düzgün, səmimi, ürəklə ürəkdən yazılacağına əmin olası SALNAMƏ şairidir!

Görkəmli aktyor, diktor Yusif Muxtarovdan bəhs edən "Səsin xiffəti" nəinki səhiyyə işçilərinin, eləcə Azərbaycan xalqının böyük bir kontingentini əhatə edən Qərbi Azərbaycan vətəndaşlarının sevimlisi Sərdar Kərimli haqqındakı "Sizi sevən Sərdaram" kitabları "göydə itən səslərin rekviyemi"dir, məncə!

- Azərbaycan dilinin şəhdi-şəkərinin şairidir:

"Qıyma düşüm qəribliyə,

Bas bağrına "qərib", - deyə,

Mələk gəlsə diləyə,

Vermə, vermə, vermə məni!"

XANIM Telli Pənahqızı:

- ürəyinə qapqara qarlar yağan xanımdı!

- Tanrının öz adamıdı... Tanrıdan xanımdı! Fəqət.. Onu qoyub gedənlər "Onu kimə tapşırmalı" sualını cavabsız qoyublar demərəm, imkan tapmayıblar desinlər: "Allaha əmanət". Odur ki, Tanrı Adamı Telli Pənahqızı Zamana əlində qalıb!!!

- qərib qəbir gəzib ... içində uzanıb özü-özünü ağlamaq istəyən xanımdı!

- seçən XANIMLARDAN deyil, SEÇİLƏNLƏRDƏNDİR - seçilən xanımdır!

- "Telli Pənahqızı SƏSİNDƏ AY İŞIĞI OLAN xanımdır!" - bunu mən demirəm. Bunu Telli xanımın haqqında.... haqqında "Sizi sevən Sərdaram" adlı esse-rekviyem adlı kitab yazdığı "şirinliyi dil kəsən, taleyin bir ömrü qıymadığı" Sərdar Kərimli deyib!

O Sərdar Kərimli ki... "çox yox, 2-3 il əvvəl mənə desəydilər ki, Sərdar haqqında elegiya-kitab hazırlayacaqsan, dünyanı dağıdardım, bütün varlığımla buna etiraz edər, ölümün özünü belə öldürər, əcəli Sənə yaxın qoymazdım"...

Telli Pənahqızı deyir bunu. bununla da... dost mərdliyini ifadə edir.

Telli Pənahqızı MƏRD xanımdır!

Baxmayaraq ki, illərlə Telli Pənahqızını izləsək , oxusaq da, görsək , yenə BU VARLIĞIN ETİRAFI, DƏYƏRİ ağlımıza gəlmir. Necə ki... unuda-unuda gedirik Əzizə Cəfərzadəni, Məsumə Məlikovanı, Zivər Kişiyevanı... (hələ mən haqqında bildiklərimi deyirəm), eləcə Telli Pənahqızını!

Telli Pənahqızını görməməzlikdən gəlmək... mənə çöçün gəlir, bir az da sərt düşünürəm. O mənada ki, BİRCƏ MƏQAMDA İSTƏMİRƏM HƏMİŞƏ HAQLI OLAN Telli Pənahqızı haqlı olsun. O haqlı olarsa, biz... uduzarıq!!! İndiyə qədər uduzduğumuz kimi!!!

Sizə qurban olum, ay el, ay oba,

O toya getməyin, getməyin, nolar?!

Bəy üzüdönmüşün xəyanətinə,

Şahidlik etməyin, etməyin, nolar!?

Bax... ən uca zirvədən boylanan mələkdir poeziyamızda Telli Pənahqızı bu misralarla, bu bir bəndlə.

Mən məhz bu misralarına görə Telli Pənahqızından ÖTƏ, ÜSTÜN QADIN tanımadım - yazar kimi, xanım kimi, jurnalist kimi, vətəndaş-soydaş kimi!

Sözü day adama necə deyərlər, necə qandırarlar!?

UNUTMAYAQ: bu misraları PAKLIQ, SAFLIQ İÇİNDƏ OLAN MƏLƏK deyə bilər!

Ürəyindən "sevgi" adına ehtiras keçən qısqanc, paxıl, xəbis... qadın yox!

 Eşitmirik!

Eşitməmişik!

Deyən olsa, "deməyiblər, eşitməmişik", yalandı, demişdi, eşitməmişdiniz, dedim təzədən deyiləni, Telli Pənahqızının dediyini, eşidin!

Eşitməyə qulaqdan çox, BƏSİRƏT, RUH lazımdı!

Mələklər bəsirət, ruh mənsublusu! Onları elə mələklər "eşidir"-anlayır!

Əslində Telli xanım aramızda təkdi-tənhadı:

Doğmalar yad kimi gəzir içimdə,

Birdən o işıqda taparlar səni.

Dəlisov küləklər əsir içimdə

Qorxuram deyəsən: "Tap, apar məni"

... Telli Pənahqızının kitabından oxuduğumdu: "İnsan ölmür, onu ətrafındakılar yavaş-yavaş öldürürlər". Bu məşhur deyimi millətimizə aid etmək olar!

Bizi yavaş-yavaş öldürürlər! - düşmənlərimiz!

Elə bizlər özümüz düşməndən geri qalmırıq!

Bizi Allah öldürmür - biz özümüz özümüzü yavaş-yavaş öldürürük.

Amma fərqində deyilik! Heç nəyin!!! Bir daha yenidən Telli Pənahqızına üz tuturam:

"Bax o halda dərd oturub fikirləşir, görür ki, onun qol-qanad açması, rişə atması üçün bu ünvanda münbit şərait yoxdur. Odur ki, üzüsulu ikən dönüb daha zəif, daha mülayim, daha incə bir qəlb axtarır onu tapanda utanıb-qızarmadan keçib oturur yuxarı başda. Alır qamçısını əlinə, içəridən döyəcləyir sahibinin sinəsini... O insan da, nəhayət, bir gün özündə təpər tapıb hayqırır:

Ay dərd, çağır gəlsin sahibin, yiyən,

Mən daha daşıya bilmirəm səni..."

Bizim sinəmizi dərd qamçıyla döyəcləyir - bu qədər sadə anladır Telli xanım!

 Axı... bunu da Telli Pənahqızından oxudum: "İnsan qəmli olanda Haqqa sığınar". Cəlaləddin Ruminin fikrini eşitdirir Telli Pənahqızı.

...Bir-birinə gec rast gələnlər üçündü:

"Bu kövrək dünyama, bu sərt dünyama,

Bu susqun dünyama, bu mərd dünyama,

Xaraba qoyduğun bu dərd dünyama

Bir daha "xoş gəldin", - deyim, deməyim?"

Bəlkə... düşünək? Biz kiminlə rastlaşmışıq? deyək, necə qarşılayaq, necə yola salaq?

Oxuduqca anlayıram ki... Telli xanımı OXUMAQ böyük bir məktəb - öyrəncisi olmaq kolay!

Yazdıqca anlayıram ki... ürək dözmür!

Vardıqca... dəhşət götürür! Görün, Telli xanım yazıb:

"Dünyada ən dəhşətli an anamın ağlamasıdır"

Doğrudan da, anlamazmıyıq ANALARIN AĞLADIĞI AN DÜNYANIN ƏN DƏHŞƏTLİ ANIDIR?

Mələklər Yerdə elə MƏLƏKDİR, yerdə yaşamasalar da... yer əhliylə ünsiyyət vasitələri POEZİYAdır!

Bundan az demək olmur!

Bundan çoxun İlahi deyib!

P.S. Mən Telli Pənahqızının özünü sözünü ədəbiyyatşünaslıq, ədəbi redaktə təcrübə nəzəriyyəsi,  insanlıq kodeksi aynasından seyr etdim! Poeziyada MƏLƏK, İşdə USTAD, həyatda ETİBARLI DOST gördüm.

P.P.S. Günəşi hamı görür - amma hamının qəlbi Günəşdən eyni dərəcədə isinmir! Günəş günahkar deyil!

P.P.P.S. Telli Pənahqızının sayca səkkizinci olan "Yaddaşım qaval daşı" şeirlər kitabı həqiqətən stolüstü demərəm, amma doğrudan da, ÜRƏK KİTABIDIR. Oxuyanlar mütləq o kitabı ürəklərində saxlayarlar...

Aydın

 

 





04.12.2013    çap et  çap et