525.Az

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri apardı


 

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri apardı<b style="color:red"></b>

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

APA nazirliyə istinadən xəbər verir ki, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

 





29.03.2020    çap et  çap et