525.Az

Parkda “Pokemon” ovuna çıxan şəxs 135 avro cərimələndi


 

Parkda “Pokemon” ovuna çıxan şəxs 135 avro cərimələndi<b style="color:red"></b>

Fransanın şimal-qərbindəki Pluinyo kommunasında xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, bayırda “Pokemon Go” oynayan 35 yaşlı kişi cərimələnib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, cərimənin məbləği 135 avro (255 AZN) olub.

Qeyd edək ki, Fransada xüsusi karantin rejimi martın 17-dən başlayaraq tətbiq edilir.

Xatırladaq ki, Fransada koronavirus daşıyıcılarının sayı 40 000-ə yaxındır. Ölənlərin sayı isə 2 300-ü ötüb.

 





29.03.2020    çap et  çap et