525.Az

DGTYB #evdəqal kampaniyasına qoşuldu


 

DGTYB #evdəqal kampaniyasına qoşuldu<b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin ölkəmizdə məlum koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin edilməsi məqsədilə başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Bu barədə birlikdən məlumat veriib.

Məlumatda deyilir: "Ümidvarıq ki, ölkəmizin həyatında önəmli yerə sahib olan ictimai qurumlar və digər təşkilatlar birlikdə hərəkət edərək, dünyada böyük bir kabusa çevrilmiş Koronavirusla mübarizədə bütün imkanlarından istifadə etməklə Şuranın başlatdığı layihəni dəstəkləyərək, xalqımızın bu problemdən tezliklə qurtulması, insanlarımızın sağlamlığının qorunması istiqamətində üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyik".

 





30.03.2020    çap et  çap et