525.Az

Dini ritual xidmətlər də qadağan edildi


 

Dini ritual xidmətlər də qadağan edildi<b style="color:red"></b>

Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri martın 31-i saat 00:00-dan aprel 20-si saat 00:00-dək dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd olunub ki, bu, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə elan olunan müddətdə qadağan edilib.

 





30.03.2020    çap et  çap et