525.Az

MN:"Çağırış müddətinin uzadılması orduya təsir göstərməyəcək"


 

MN:"Çağırış müddətinin uzadılması orduya  təsir göstərməyəcək"<b style="color:red"></b>

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb”.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına deyilir ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir: “Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.

 





31.03.2020    çap et  çap et