525.Az

Milli Kitabxanada növbəti elektron məlumat bazası virtual rejimdə oxucuların ixtiyarına verilib


 

Milli Kitabxanada növbəti elektron məlumat bazası virtual rejimdə oxucuların ixtiyarına verilib<b style="color:red"></b>

Azərbaycanın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan olunub və həmin ildən bu gün Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası virtual rejimdə oxuculara təqdim edilib.

Kitabxanadan bildirilib ki, məlumat bazasında mövzuya dair kitablar, məqalələr, videogörüntülər və digər sənədlər nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/soyqirim/ elektron ünvanından tanış olmaq mümkündür.

 





31.03.2020    çap et  çap et