525.Az

Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi veriləcək


 

Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi veriləcək<b style="color:red"></b>

Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün yaşayış sahəsilə təmin olunması sahəsində hüququ artırılır.

APA-nın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilib.

Dəyişikliyə əsasən, “alimlik dərəcəsi” anlayışı “elmi dərəcə” anlayışı ilə əvəzlənir. Başqa sözlə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi veriləcək.

 





31.03.2020    çap et  çap et