525.Az

Xalq yazıçısı Anar: “Bu hadisələr roman, film mövzusu olacaq”


 

Xalq yazıçısı Anar: “Bu hadisələr roman, film mövzusu olacaq”<b style="color:red"></b>

Sosial izolyasiya rejimi hər birimizi mümkün qədər evdə oturmağa, bu müddət ərzində işlərimizi evdən idarə etməyə məcbur qoyur. Hamımız kimi cəmiyyətin ziyalı təbəqələri də bu günlərini evdə keçirirlər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar karantin günlərində də yaradıcılıqla məşğul olduğunu deyir:

“Bu günlərdə hamı kimi biz də evdəyik. İşlərimizi evdən davam etdiririk. 2013-cü ildə rus dilində “LİK. Azerbaydjana” üçcildlik kitabım çıxmışdı. İndi onun Azərbaycan dilindəki variantı üzərində işləyirəm. “Söz dünyası” adlı birinci cildi çıxıb, indi ikinci və üçüncü cildlərini hazırlayıram”.

Etiraf etməliyik ki, yaşadığımız bu hadisələr həm də ədəbiyyat mövzusudur. Dünya ədəbiyyatının, incəsənətinin tarixində bu cür epidemiyalardan bəhs edən nümunələr heç də az deyil. Anar müəllim də bu fikirdədir:

“Bu koronavirus pandemiyası görünməmiş bir hadisə idi. Bütün dünyanı qısa zamanda öz cənginə aldı və tüğyan etməkdədir. Bu, həm də dünyanı birləşdirdi, ortaq təhlükə ilə üz-üzə qoydu. Bu hadisələr roman mövzusu da, film mövzusu da olacaq, həm ədəbiyyatda, həm də kinomatoqrafiyada öz əksini tapacaq. Özüm indi bu haqda nəsə yazmaq fikrində deyiləm, amma gələcəyi bilmirik”.

Şahanə MÜŞFİQ

 





31.03.2020    çap et  çap et