525.Az

Təhsil Nazirliyi: "Onlayn dərslərə qadağa qoyulmayıb"


 

Təhsil Nazirliyi: "Onlayn dərslərə qadağa qoyulmayıb"<b style="color:red"></b>

“Müəllimlərə onlayn dərs keçilməsinin qadağan olunması ilə bağlı yayılan məlumat tamamilə yanlışdır, belə bir qadağa yoxdur”. 

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Sektor müdiri sabahdan etibarən Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində start veriləcək “Virtual məktəb” layihəsi barədə də məlumat verərək qeyd edib ki, məqsəd şagirdlərə dərslərə uyğun tapşırıqların verilməsi imkanları və interaktivliyi artırmaqdır: “Bu layihə vasitəsilə şagirdlərə virtual sinif kimi öz sinif yoldaşları ilə əlaqələndirilmə imkanları yaradılacaq. Eyni zamanda müəllimlərin virtual dərslərinin təşkili də bu platforma üzərindən mümkün olacaq. Yəni, məqsəd həftə içi teledərslərdə keçirilən dərslərə uyğun ev tapşırıqlarının verilməsi və ona uyğun şagirdlərin tapşırıqları həll edərək müəllimləri ilə interaktiv ünsiyyət qura bilməsidir. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq. Amma onlayn dərslərə hər hansı qadağanın qoyulmasından söhbət gedə bilməz, bu yanlışdır”.

C.Valehov deyib ki, teledərslər məktəbin tədris planına  uyğun qurulub: “Biz hazırda aprel ayının tədris planına uyğun dərsləri yayımlayırıq”.

“Virtual məktəb” layihəsinin bütün şagirdlərə və müəllimlərə əlçatanlığı məsələsinə gəldikdə isə sektor müdiri qeyd edib ki, layihənin tətbiq imkanları internet şəbəkəsinin imkanları ilə sıx bağlıdır: “Layihə virtual şəbəkə imkanlarının reallıqlarına uyğun olaraq tətbiq olunacaq”.

 





01.04.2020    çap et  çap et