525.Az

Ziya Məmmədov: "Bakıda küçələrin genişləndirilməsi qeyri-mümkündür"


 

Ziya Məmmədov: "Bakıda küçələrin genişləndirilməsi qeyri-mümkündür"<b style="color:red"></b>

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərində tıxacların qarşısını almaq məqsədilə Bakıda tikiləcək yeni avto-dayanacaqlarla bağlı layihələri araşdırır.

«APA-ECONOMICS»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat vasitələrinin sayı çox artdığından, bəzi hallarda küçələrin genişləndirilməsi belə qeyri-mümkündür.

Nazir bildirib ki, Bakı şəhərində aparılan tikinti işləri, xüsusilə də yol qovşaqları, keçidlər və tunellərin tikintisi də şəhərdə avtomobillərin sərbəst hərəkətinə müvəqqəti olaraq problem yaradır: «Lakin buna baxmayaraq, bəzi hallarda tıxacların yaranmasında sürücü faktoru da böyük rol oynayır. Bakı şəhərində sürücülərin işıqforun qırmızı işığında hərəkət etməsi, bir-birinə güzəştə getməməsi və qarşı tərəfin yoluna çıxması tıxacı yaradan amillərdir».

 





13.10.2012    çap et  çap et