525.Az

"Koronaviruslu xəstələrin evdə müalicəsinə hələ ehtiyac yoxdur"


 

"Koronaviruslu xəstələrin evdə müalicəsinə hələ ehtiyac yoxdur"<b style="color:red"></b>

“Bir çox Avropa ölkələrində klinik şəraiti yüngül olan, testi pozitiv çıxan şəxslər evdə mualicə olunur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Azərbaycanda hələ buna ehtiyac yoxdur: “Bu günlərdə açılan Yeni klinikada da koronaviruslu ağır xəstələr müalicə olunacaq. Gələcəkdə ehtiyac yaranarsa, evdə müalicə ilə bağlı xarici ölkələrin təcrübəsi öyrənilə bilər ”.

 





02.04.2020    çap et  çap et