525.Az

Rəbiyyət Aslanova: “İnsan çətinlikləri dəf edə-edə özünü təsdiqləyir”


 

Rəbiyyət Aslanova: “İnsan çətinlikləri dəf edə-edə özünü təsdiqləyir” <b style="color:red"></b>

525.az-ın suallarına Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri, professor Rəbiyyət Aslanova cavab verir:

***

Həmişə belə bir prinsipi rəhbər tutmuşam: həyatda baş verən çətinliklər gərək qırılmaq, əzilmək, acizləşmək üçün səbəb olmasın.  

***

Bir ömür yaşayıb yanında sədaqətli dostlar qazanmamısansa, deməli, hardasa ciddi səhvlərin olub. 

***

Vəfa duyğusu, sədaqət, etibar hər insanın çiynində daşıya biləcəyi mənəvi sərvət deyil.  

***

Xalqımız koronavirusla əlaqədər çətin günlər yaşayır. Bu bəlanın bir insanın, bir ailənin, bir xalqın deyil, bəşəriyyətin taleyi ilə əlaqədər olması cavabın mürəkkəbliyinə dəlalət edir 

***

Belə sınaqlar xalqın, millətin xarakterini, düşüncə tərzini, mənəvi müqavimət qüvvəsini yoxlayan məhək daşıdır. 

***

Müasir insanın özünütəcridə meyilliliyi, virtual aləmdə özünü daha komfort hesab edərək ətrafa yadlaşması təşviş doğurur.  

***
 
Sosial şəbəkələrdə gərəksiz informasiyaların yayılması, şübhə, şayiə, panika, insanlarda bir ümidsizlik hissi yaradır.

***

Öz emosiyalarını açıq ifadə etməkdən çəkinən, bunu zəiflik hesab edən insanların sayı artır. 

***

Feminist qadınların bəziləri ilə tanışam, tədbirlərini izləyirəm və görürəm ki, onların çoxu cəmiyyətdə öz mövqeyi olan, ciddi, ayaqları üstə dayanmağa qadir xanımlardır. 

Müsahibənin bütöv variantı ilə yaxın saatlara tanış ola bilərsiniz.

525.az-ı izləyin!

 





02.04.2020    çap et  çap et