525.Az

Məsud Barzani:“Silahı yerə qoyun”


 

Məsud Barzani:“Silahı yerə qoyun”<b style="color:red"></b>

İraqın şimalındakı kürd qruplaşmalarının rəhbəri Məsud Bərzani Türkiyə, Suriya, İran və İraqdakı kürd qruplaşmalarını silahı yerə qoymağa çağırıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Bərzani illərcə zülmə məruz qaldıqlarını, bütün etnik ünsürlər kimi gələcəklərini təyin etmə haqqlarının olduğunu ifadə edərək "Silahı yerə qoyun. Silahlı mübarizənin vaxtı keçib. Haqlarımızı silah gücü ilə tələb etməkdən vaz keçməli, yalnız sülh yolu ilə hər şeyi həll etməliyik” deyə açıqlama verib.

Bərzani İraqın sabiq prezidenti Səddam Hüseynin xalqa divan tutmasından danışaraq itkin düşən vətəndaşların taleyindən xəbərsiz olduğunu söyləyib: “Səddam Hüseynin dövründə 180 vətəndaşımızın itkin düşüb. Hələ də onların taleyindən xəbərimiz yoxdur”.

Nigar Məhərrəm

 





13.10.2012    çap et  çap et