525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV

İslamdan sonrakı yəhudi məzhəbləri

Orta əsr İslam dönəmində yəhudi dünyasında iki böyük yəhudi məzhəbi vardır. Bunlardan biri fərisiliyin davamı olan Rəbbani yəhudilik, digəri isə bu məzhəbin qarşısında yer alan qismən saduqi görüşlərini mənimsəyən Qarailikdir.

Rəbbani yəhudilik miladdan sonra V əsrdə Talmud çalışmalarının tamamlanmasından sonra təşəkkül tapıb, fərisiliyin bir davamıdır. Onlar Tövratdan çox Talmuda önəm vermiş, Tövratı sadəcə ibadət sahəsi kimi məhdudlaşdırmışdırlar. Yeganə şəri qaynaq Talmudu saymışdırlar.

Qarailik Rəbbani yəhudiliyə müxalif olan kiçik bir qrup olsa da bu gün varlığını davam etdirən bir məzhəbdir. İbranicə olan "qaraim" ərəb dilindəki "qiraət" (oxu) sözü ilə eyni anlamdadır. Tanahı çox oxumalarına, Talmudu digər rəbbani əsərləri qəbul etməmələrinə görə bu məzhəb mənsublarına "qaraim" adı verilmişdir. Rəbbani yəhudiliyə qarşı çıxdığı üçün buna heretik (kafir) bir məzhəb deyənlər olmuşdur. Qurucusu XIII əsrdə İraqda yaşamış Anan ben David hesab olunur. Məzhəb əvvəlcə ananiyə, daha sonra Tanahı çox oxuduqlarına görə qaraim adını almışdır. Qarailərin inanc əsasları On Əmr sayında olub bunlardan ibarətdir: Bütün varlıqları yaradan Allahdır. O, dünyanın yaranmasından öncə var idi; yardımçısı yoxdur. Bu aləm sonradan yaradılmışdır, hadisdir (yenidir). Allah Musaya Tanahda adı keçən bütün peyğəmbərlərə xitab etmişdir. Musanın qoyduğu qanunlar haqdır. Tövratın dilini bilmək dini vəzifədir. Qüdsdəki Məbəd dünya "İdarəçisi"nin məqamıdır. Məsihin gəlməsini yenidən dirilməni gözləmək haqdır. Hesab günü vardır. Bu hesabdan sonra mükafat cəza haqdır. Qarailərdə ibadət gündə səhər axşam olmaqla iki dəfə fərzdir. Aprel ayının 13-dən başlayan 70 günlük orucları vardır. Bu gün kiçik bir qrup Misirdə İsraildə yaşayır. Xəzər türklərindən az bir qrupu da qaraimdir. Ancaq onlar türklük xüsusiyyətlərini davam etdirir özlərini türk qəbul edirlər. Türkcə Tövratları vardır türk mədəniyyətinə aid özəlliklərini yaşadırlar.

İsəviyyə adını qurucusu Əbu İsa İshaq ibn Yaqub əl-İsfahanidən almışdır. Əbu İsa xəlifə Mənsur zamanında yaşamış, son əməvi xəlifəsi Mərvan ibn Muhəmməd əl-Xammar zamanında öz ideyalarını yaymağa başlamışdır. Yəhudilərin böyük əksəriyyəti onun ardınca getmişdir. O özünün gözlənən Məsih olduğunu, yəhudiləri xilas etmək üçün Allah tərəfindən göndərildiyini irəli sürmüşdür. Yəhudilərin gündə üç dəfə olan ibadətini yeddiyə çatdırmış, Qüdsdən ayrı düşdükdə ət yeyib şərab içilməsini yasaqlamışdır.

Yudğaniyyə Şəzqaniyyə: İsəviyyənin qurucusunun ölümündən sonra yerinə Yudğan keçmişdir. O, İsəviyyənin bir sıra inanclarını mühafizə etmiş, cənnət-cəhənnəmlə bağlı dini inancları izah etmiş bir İsrail peyğəmbəri kimi görünmüşdür. Bu məzhəb mənsubları Hz.İsa Hz.Muhəmmədi peyğəmbər qəbul etmələri ilə tanınırlar.

 

Müasir yəhudi məzhəbləri

 

1789-cu il Fransa inqilabının meydana gətirdiyi dəyişikliklər yəhudi dünyasına da öz təsirini etmişdir. Yəhudilər qismən olsa rahatlığa qovuşa bilmişdirlər. Yəhudiliyi çağdaş dünyanın şərtlərinə uyğunlaşdırmaq çalışmalarından dörd müxtəlif məzhəb ortaya çıxmışdır.

Ortodoks yəhudilik digər məzhəblərin ayrılması nəticəsində meydana gəlmişdir. Bu məzhəb fərisiliklə başlayan rəbbani yəhudiliklə davam edən ana cərəyanın günümüzdəki əksidir. Tövrat, Talmud digər Rəbbanik əsərlərdən əldə edilən klassik yəhudi şəriəti Halakhaya bağlı qrupa günümüzdə Ortodoks adı verilmişdir. Ortodoks yəhudilik yazılı Tövratın Tanrı tərəfindən Hz.Musaya yazdırıldığına şifahi Tövratın (Mişna, Talmud) da şifahi olaraq vəhy edildiyinə inanır. Ortodoks inancda yəhudilərin Tövratın qanunlarına uymadıqları üçün sürgünə göndərildiklərindən bəhs olunur. Maymonidesin on üç maddəlik iman əsasları ehkam kimi qəbul edilir. Ortodoks yəhudiliyə görə yəhudi xalqı tövbə edib Tövratın bütün qaydalarına riayət edərsə Məsih gələcək, sürgün sona çatacaq, yəhudilər həqiqi evinə dönəcək, Məbəd yenidən inşa ediləcəkdir. Yəhudi şəriəti Halakhaya görə şənbə günü od yandırmaq günah sayılır. Ortodoks olmayan yəhudi günahkardır. İsraildə Ortodoks yəhudilik dövlətin rəsmi məzhəbidir. İsraildə son zamanlar bütün məzhəblərin təşkilat qurmasına izn verilir.

Reformist yəhudilik XIX əsrin əvvəllərində Almaniya yəhudiləri arasında meydana gəlmişdir. Sonradan Amerika yəhudiləri arasında geniş yayılmışdır. Reformist yəhudilər Amerika yəhudilərinin 40 faizini təşkil edir. İsraildə isə 5-6 min civarındadırlar. Onlar ortodoks inancları rədd edirlər. Bu gün reformist yəhudilik dünyəviləşmiş yəhudilik formasını almışdır. Yəhudiliyə yalnız mədəni bir fakt kimi baxılır. Sinaqoqda qadınlarla kişilər yanaşı oturur. Qadınlar da haham kimi vəzifə daşıyaraq ayinləri icra edirlər. Digər din inanclara diqqət hörmətlə yanaşılır. Talmudu inkar etmiş, məsihçiliyi rədd etmişdirlər. Reformist yəhudilik ifrat islahatlar nəticəsində böhran keçirir yəhudi şəxsiyyəti haqqında problemlər yaranır.

Mühafizəkar yəhudilik XIX əsrin ortalarında alman yəhudiləri arasında meydana çıxmışdır. Təmsilçiləri İzak (İsaac) Bermays (1791-1849) Zakarya (Zacharia) Franklendir (1801-1871). Daha sonralar Amerikada da tərəfdarlar toplamışdır. Onlar babalarının ənənələrinə bağlı qalmağı arzu edər, dünyəviliyə qarşı çıxarlar.

Yenidənqurma yəhudilik hərəkatı 1983- ildə Amerika yəhudisi Menahem Kaplan qurmuşdur. Menahem Kaplan dərin bir yəhudi mütəfəkkiri filosofudur. Kaplan yəhudiliyin bu günə qədər keçərli olmasının səbəbini onun ilahi mənşəyi ilə deyil, mədəni mənşəyi ilə izah edir. Yəhudi qanunu isə mühafizə edilməsi zəruri olan bir mədəniyyət ünsürü sayılır. Çünki bunlar yəhudilərin dramatik bir şəkildə xalq olmasının ifadəsidir. Kaplana görə, yəhudilər digər xalqlar kimi bir xalqdır. Tanrı yəhudiləri deyil, yəhudilər Tanrını seçmişdir. Bu üzdən "Seçilmiş xalq" inancının anlamı yoxdur. O, sionizmi qəbul edir.

Yuxarıda qeyd olunanlardan başqa Amerika yəhudiləri arasında meydana çıxan digər kiçik radikal qruplar da vardır. Bunların içərisində ən ifratçısı Humanistik yəhudilikdir. Onlar Tanrını irqçi bir şovinist, Tövratı isə şovinist bir sənəd kimi dəyərləndirirlər. Bu məzhəblərdən savayı digər yəhudi qrupları da vardır. Onların ən başlıcası bu gün varlığını davam etdirən Samirilərdir.

Yəhudi dininə riayət etməklə yanaşı yəhudilər tərəfindən yəhudi qəbul edilməyən samirilər (Şomronim): "Şomronim" ibrani dilində "bir şeyi diqqətlə izləyən" mənasına gəlir. Samirilərin tarixi çox qədimdir. Bizim eradan əvvəl 722-ci ildə Şimali İsrail Krallığı yıxıldıqdan sonra Asur imperatoru Sarqon İsrail xalqını Asura Medlerin şəhərlərinə sürgün etmiş, Babil, Quta Avvadan adamlar gətirərək İsrail oğullarının yerinə yerləşdirmişdir. Beləliklə, Şomron şəhərinin sakinləri ortaya çıxmış bunlara "Şomronim" deyilmişdir. Hazırda İsraildə Nablus Tel- Əviv yaxınlığındakı Holon məntəqələrində yaşayırlar. Yəhudilərin Tövratı ilə samirilərin Tövratı arasında altı minə yaxın fərq vardır. Samirilər Qüdsün yerinə Qerizimi müqəddəs yer kimi qəbul edir özlərini həqiqi yəhudi kimi görürlər. Etiqad etdikləri sadəcə Tövratdır. Tövrat isə Musaya vəhy edilən beş kitabdan ibarətdir. İnanc əsasları da buna uyğun olaraq beşdir: 1. Bərabəri yardımçısı olmayan Allah təkdir. Sifətləri insan sifətlərinə bənzəməz. 2. Musa Allahın yeganə rəsulu bütün dövrlərin peyğəmbəridir. Vəhy onunla sona çatmışdır. Onun kimi peyğəmbər bir daha gəlməyəcəkdir. 3. Tövrat mükəmməl tamdır, heç zaman dəyişdirilməyəcəkdir. 4. Gerizim dağı əbədi həyat yurdu, bərəkət dağı Allahın yer üzündəki tək məqamıdır. 5. Yenidən dirilmə günü olacaqdır. Yaxşılar cənnətlə, pislər cəhənnəmlə mükafatlandırılacaqdır. Samirilərin ibadət formaları müsəlmanlarınkına yaxındır. Müsəlmanlar kimi dəstəmaz alır, növbə ilə əlləri, ağzı, burnu, üzü, qulaqları, sağ sol ayağı yuyurlar. Dəstəmaz əsnasında Tövratdan parçalar oxunur. İbadət dili aramicədir. Sinaqoqları da müsəlmanların məscidi kimidir. İçəridə stol, yaxud sıra yoxdur. İbadətlərində rüku səcdə vardır. Müsəlmanların namazına bənzər şəkildə namaz qılırlar. Tədqiqatçılar bütün bunları uzun zaman müsəlmanların təsirinə məruz qalmaqla izah edirlər. Digərləri isə bunu samirilərin Hz.Musa şəriətini digər yəhudilərdən daha çox əslinə yaxın bir şəkildə davam etdirmələri ilə izah edirlər.

 

Yəhudilikdə inanc, ibadət, dini ənənə bayramlar

 

Yəhudilərin inancı daha çox gündəlik həyat ibadətlərdə özünü göstərir. Ən əhəmiyyətlisi Tövratda bildirilən şəriət qaydalarının yaşamasıdır. Quranda olduğu kimi Tövratda digər yəhudi müqəddəs kitablarında nələrə inanılmasının gərəktiyinə dair sistematik məlumatlar yoxdur. Ən önəmli iman əsası Allahın varlığına birliyinə imandır. "Tək Tanrı" inancı mövcuddur. Allah birdir, yaradılmamışdır, əvvəli-sonu yoxdur, ucadır, hər şeyi bilir, bütün varlıqların Rəbbidir. Tanrının ən sevimli milləti yəhudi millətidir. Tanrı onları seçmiş Sinada əhd bağlamışdır. Yəhudilikdə ən önəmli yer Hz.Musaya verilir. Çünki ona Tora nazil olmuşdur. Tanrının birliyi Tövratda belə ifadə edilir: "Dinlə, ey İsrail! Tanrınız Rəbb bir tanrıdır". Yəhudi Müqəddəs Kitabında Daniel Kitabına qədər axirət inancı  haqqında ifadələrə rast gəlinmir. İşayada bəzi ifadələr yenidən dirilmə inancına dəlil sayıla bilər: "Sizinləyəm, ey torpaq içində yatanlar, oyanın tərənnüm edin... hər yer ölülərini bayıra atacaq". Daniel Kitabında isə əbədi həyatla bağlı bu ifadələr yer almaqdadır: "Torpağın altında uyuyanların bir çoxu əbədi həyat, bəziləri isə əbədi xəcalət rüsvayçılıq üçün oyanacaq. Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu düz yola döndərənlər isə ulduzlar kimi əbədi daim parlayacaqlar". Əski yəhudilikdə bütün insanlar pis yaxşı olmasından asılı olmayaraq öldükdən sonra "Şeol" adlı bir yerə gedəcəklər. Ölümdən sonra həyat bir az məzarda, bir az da Yahvə (Tanrı), yaxud insanlarla münasibətdə olmadan ölülərin bir kölgə kimi varlıqlarını davam etdirəcəklərinə inanılan ölülər aləmində, yəni Şeolda keçəcəkdir. Tanahın əksinə, Talmudda axirətin mahiyyəti haqqında müfəssəl məlumatlar vardır.

Daha sonra yəhudilikdə axirət inancı mövzusu inkişaf etmiş, yenidən dirilmə, əbədi həyat, sorğu-sual inancları meydana çıxmışdır. Beləliklə, yaxşı insanlar sınaqdan çıxdıqdan sonra Ədən deyilən cənnətə gedəcəklər (Ədən - babil dilində "bağça" mənasına gələn Edinu, yaxud Adenu kəlməsindən törəmişdir). Pislər isə cəhənnəmə gedib cəzalarını çəkəcəklər. Cəhənnəm kəlməsi ibrani dilində "Ge bne Hinnom" (Hinnom oğullarının vadisi) kəliməsindən törəyib öncə Gehenna, sonra isə indiki şəklini almışdır. XII əsrə qədər müəyyən bir inanc sisteminə sahib olmayan yəhudilər Tövratı təfsir edən din alimlərinin sayəsində İslam Xristianlıqdakı kimi iman əsaslarını mənimsəmişdirlər. Bu alimlərdən Rəbbi Moşe ben Maymon (Musa b. Meymun: Maimonides: 1135-1204) yəhudilər üçün bu on üç əsası toplamış bu əsasları əhatə edən inanc sistemi qəbul edilmiş bu günə qədər gəlib çatmışdır.

Tam bir imanla inanıram ki:

1.Allah var olan hər şeyi yaratdı onlara O hökm edir.

2. Allah birdir Ondan başqa tanrı yoxdur.

3. Allah cismani deyildir heç bir şəkildə təsvir edilə bilməz.

4. Allahın başlanğıcı yoxdur sonu da olmayacaqdır.

5. İbadət yalnız Allaha məxsusdur. Ondan başqa ibadətə layiq olan yoxdur.

6. Peyğəmbərlərin bütün sözləri doğrudur.

7. Cənabımız Musa peyğəmbərlərin ən böyüyüdür.

8. Əlimizdə olan Tövrat Allah tərəfindən Hz.Musaya verilənin eynidir dəyişdirilməmişdir.

9. Dinimiz ilahi bir dindir dəyişdirilə bilməz.

10. Allah insanların bütün hərəkət düşüncələrini bilir.

11.Allah əmrlərini yerinə yetirənləri mükafatlandırır, yetirməyənləri cəzalandırır.

12.Allah Məsihi (Maşiah) göndərəcəkdir gecikdiyi halda yenə gözləmək lazımdır.

13. Ruh ölümsüzdür Allah dilədiyi vaxt ölüləri həyata qaytaracaqdır.

Musa ibn Meymuna görə bu əsaslardan birini qəbul etməyən kəs kafir sayılır yəhudi toplumundan uzaqlaşdırılır.

(Ardı var)

 





05.12.2013    çap et  çap et