525.Az

Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası üç dildə nəşr olunub


 

Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası üç dildə nəşr olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın Elm Mədəniyyət Xadimləri" seriyasından görkəmli dövlət xadimi, Xalq yazıçısı, ədəbiyyatşünas publisist, akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyasını Azərbaycan, rus ingilis dillərində nəşr etdirib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, nəşrin tərtibçi müəllifləri filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli İsmət Səfərovdur. AMEA rəyasət heyətinin sərəncamına əsasən hazırlanan, professor Teymur Əhmədovun Firəngiz Hüseynovanın redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada Mirzə İbrahimovun 1930-2011-ci illər arasında Azərbaycan, rus, türk, fars, ingilis digər xalqların dillərində nəşr olunmuş kitabları, konqres, elmi sessiya konfrans materialları, eləcə dövri mətbuatda dərc edilmiş ədəbi-tənqidi publisistik məqalələri, həmçinin müxtəlif qəzetlərdə müsahibələri yer alıb.

Göstəricidə əvvəlcə M.İbrahimovun kitabları, sonra dövri mətbuatda çıxmış əsərləri verilib. Akademikin ədəbi-tənqidi publisistik məqalələri isə xronoloji qayda ilə sistemləşdirilib. Yazıçının həyat yaradıcılığı haqqında, eləcə tərcümə etdiyi əsərlər ayrıca bölmələrdə öz əksini tapıb. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə Mirzə İbrahimovun əsərlərinin onun haqqında yazan müəlliflərin adlarının əlifba göstəricisi verilib. Həmçinin görkəmli elm mədəniyyət xadimlərinin M.İbrahimov haqqında fikirləri biblioqrafik-göstəricidə öz əksini tapıb.

S.ABDULLAYEVA

 





05.12.2013    çap et  çap et