525.Az

"Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq"


 

"Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq"<b style="color:red"></b>

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır:

“Biz sağalmalarda isə bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, biz mənfi istiqamətdə gedirik. O zaman ki, biz görəcəyik ki, yoluxma pik həddinə çatdı və artıq yoluxma arta-arta getmir, ən azı sabit qalıb”.

Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.

 





03.04.2020    çap et  çap et