525.Az

Online olaraq “İdeya var!" müsabiqəsinə qoşulmaq imkanı


 

Online olaraq “İdeya var!" müsabiqəsinə qoşulmaq imkanı<b style="color:red"></b> Gənclər və İdman Nazirliyi tərəfindən 1 aprel- 1 iyun tarixləri arasında “İdeya var!" gənclərin lll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin online seçim mərhələsi keçiriləcək.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialı nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilər.
Müsabiqə 4 nominasiya üzrə aparılır:

«Texniki innovasiyalar»;
«Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar;
«İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri»;
«Sosial sahə və təhsil».

S.Məmmədova bildirib ki, müsabiqədə iştirak edəcək gənclər öz layihələrini online olaraq [email protected] emailinə göndərə bilərlər.

Əlavə məlumat üçün 0518118047 nömrəsi ilə əlaqə saxlamaq lazımdır: "Məlumat üçün bildirim ki, layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1 (Gənclərin intellektual inkişafa və elmi fəaliyyətəhəvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi) bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir".


S.QARAYEVA
 





04.04.2020    çap et  çap et