525.Az

"Masdar” şirkəti ilə “Azərenerji” günəş elektrik stansiyası üzrə birxətli sxemi razılaşdırdı


 

"Masdar” şirkəti ilə “Azərenerji” günəş elektrik stansiyası üzrə birxətli sxemi razılaşdırdı<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri ilə “Azərenerji” ASC-nin nümayəndələri arasında keçirilmiş görüş zamanı şirkət tərəfindən ASC-yə təqdim edilmiş günəş elektrik stansiyası ilə əlaqədar birxətli sxem müzakirə edilib və razılıq əldə olunub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan külək layihəsi ilə əlaqədar ərazinin konfiqurasiyasının dəqiqləşdirilməsi işləri aparılır.

“Dəqiqləşmələr sona çatdıqdan sonra müvafiq sxem “Azərenerji” ASC-yə təqdim edilərək razılaşdırılacaq”, - məlumatda qeyd edilir.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

 





06.04.2020    çap et  çap et