525.Az

Rayon xəstəxanalarında koronavirusla bağlı həkimlər üçün təlimlərə başlanıldı


 

Rayon xəstəxanalarında koronavirusla bağlı həkimlər üçün təlimlərə başlanıldı<b style="color:red"></b>

Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində regionlarda yerləşən Rayon Mərkəzi Xəstəxanalarının həkimləri üçün təlimlərə start verilib.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən məlumata görə,  aprelin 5-də Masallıda reanimatoloq, pulmonoloq, infeksionist və epidemioloqlardan ibarət qrupun koronavirusla mübarizəyə ayrılmış xüsusi xəstəxananın tibb personalı ilə nəzəri və praktik təlimləri baş tutub.

Təlimlər digər region xəstəxanalarında da davam etdiriləcək.

 





06.04.2020    çap et  çap et