525.Az

Qənirə Paşayevadan sərt ittihamlar


 

Qənirə Paşayevadan sərt ittihamlar<b style="color:red"></b>

“Vicdanını şeytana satmış Allahdan qorxmazdı və sadəcə, Yaradana ona oxşamadığın üçün dərindən bir şükür edərsən”. 525.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.

Millət vəkili statusunda konkret adlar çəkməsə də, bəzi şəxslərə qarşı sərt sözlər səsləndirib.

“Yaman yorulmuşam... İkiüzlü,qeyri-səmimi, üzümə gülüb arxamca Allahdan belə qorxmadan dedi-qodu edib, danosçuluqla məşğul olan bəzi insanlardan...Onlarla işinlə bağlı bəzən tez-tez üz-üzə gəlməli olursan.

Üzünə gülümsəməsinin arxasındakı şəmimiyyətsizliyini, çirkli daxili aləmini görürsən, bilirsən və bir gün öz əməllərindən ən azı utanacağını gözləyirsən...”-deyə, qeyd edən millət vəkilinə görə,  amma belələri dəyişmir

 “Və sən bəzən az qalırsan içindən keçənlərin hamısını onun üzünə söyləyəsən, hər şeydən xəbərin olduğunu, amma tərbiyəndən və xislətində pislik etmək duyğusu olmadığından qarşılıq vermək istəmədiyini deyəsən...

 Amma sonra susursan... Çünki onun onsuz da dəyişməyəcəyini bilirsən... Bilirsən ki, vicdanını şeytana satmış Allahdan qorxmazdı və sadəcə Yaradana ona oxşamadığın üçün dərindən bir şükür edərsən”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K.Həmzəoğlu

 





06.12.2013    çap et  çap et