525.Az

Rəşad Məcid Mədəniyyət Nazirliyinin sosial izolyasiya tədbirlərindən danışdı - Video


 

Rəşad Məcid Mədəniyyət Nazirliyinin sosial izolyasiya tədbirlərindən danışdı - <b style="color:red">Video</b>

Rəşad Məcid Xəzər TV-də Mədəniyyət Nazirliyinin sosial izolyasiya tədbirlərindən danışıb.

525.az xəbər verir ki, Xəzər TV-də qonaq olan Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid sosial izolyasiya zamanı Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bir sıra tədbirlərdən danışıb:

"Dünən "Euronews" kanalında deyildi ki, İngiltərə və Avropanın bir çox ölkələrində artıq divanda oturub muzeyləri gəzə bilərsiniz. Mən bunu təbəssümlə qarşıladım. Çünki artıq 10 gündən çoxdur ki, bu hadisələr başlayanda Mədəniyyət naziri hörmətli Əbülfəs Qarayev ictimaiyyətə müraciət etdi və açıqladı ki, hansı layihələr var. Mədəniyyət kanalı və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Muğam mərkəzində tamaşaçısız zalda konsertlər, eyni zamanda, muzeylərin virtual gəzintisi və s. Bu, ilk olaraq Azərbaycanda baş verdi. Artıq ölkəmizdə, demək olar ki, əksər muzeyləri virtual gəzmək mümkündür. Bu barədə "525-ci qəzet"də də geniş yazı verdik, xalqa çağırış etdik ki, indi siz evdə oturub muzeyləri gəzə, tamaşalara baxa bilərsiniz".

ŞAHANƏ

 





06.04.2020    çap et  çap et