525.Az

Maykl Ceksonun ağ əlcəyi 104 min ABŞ dollarına satıldı


 

Maykl Ceksonun ağ əlcəyi 104 min ABŞ dollarına satıldı<b style="color:red"></b>

Pop musiqisinin kralı hesab edilən mərhum müğənni Maykl Cekson ağ, qaşlı əlcəkləri ABŞ-ın Texas ştatında keçirilən hərracda satışa çıxarılıb.

Bu barədə “Report” “The Sun”a istinadən xəbər verir.

Qeyd edilir ki, Ceksonun qarderobunun məşhur geyimi 104 031 ABŞ dollarına satılıb. Alıcının adı açıqlanmır.

Yeni sahib həmçinin əlcəyin 1998-ci ildə UNİCEF-ə bağışlandığını ifadə edən məktubu da alıb.







 





06.04.2020    çap et  çap et