525.Az

Tramp Boris Consonun müalicəsi üçün xahiş etdi


 

Tramp Boris Consonun müalicəsi üçün xahiş etdi<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp ölkənin dərman şirkətlərindən Böyük Britaniyanın Baş naziri Boris Consonun müalicəsinə yardım etməyi xahiş edib.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə Donald Tramp brifinqdə bildirib: "Mən iki aparıcı şirkətə müraciət etmişəm. Onlar indiyədək Ebola, QİÇS-lə bağlı müalicələr təqdim ediblər  və inanılmaz işlər görüblər. Bu şirkətlərin həqiqətən çox yüksək səviyyəli müalicə metodları var".

ABŞ Prezidenti bildirib ki, bu şirkətlərin Londonda da ofisləri var: "Artıq Boris Consonun bütün həkimləri ilə əlaqə saxlamışıq. Gözləyək görək, hadisələr necə davam edir".

Qeyd edək ki, koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən o, aprelin 6-da reanimasiya şöbəsinə yerləşdirilib.

 





07.04.2020    çap et  çap et