525.Az

Sosial təcrid günlərində valideynlərə dəstək - Video


 

Sosial təcrid günlərində valideynlərə dəstək -<b style="color:red"> Video</b> Yazıçı-publisist İradə Aytel özünün "YouTube" kanalında yeni bir layihə reallaşdırıb.

Layihə sosial təcrid günlərində valideynlərə dəstək xarakteri daşıyır və azyaşlı uşaqlar üçün nəzətdə tutulmuş videoroliklərlə  yayınlanır. 

İradə Aytel öz layihəsini bu cür anons edib:

“Salam, azyaşlı uşaqların valideynləri. Sosial təcrid günlərində məhz sizə dayaq olmaq üçün yutub kanalımda hər gün videolarımı yerləşdirəcəm. Məqsədim uşaqların vaxtını səmərəli keçirmək və maarifləndirməkdir. Baxın, dinləyin, bəyənsəniz abunə olaraq növbəti buraxılışlardan da xəbərdar olun və estafeti balacalara verin. Burada hər gün yeni nağıllar da olacaq. Nağıllar uşaqların heç yerdə eşitmədiyi nağıllardır, xarici saytlardan özüm tərcümə edirəm”.

O, həmçinin valideynlərə gündəlik yayınlanacaq “BağçaTV”-nin bu layihəsində məktəbəqədər uşaqları, əsasən də xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqları Azərbaycanın əlifbası, Dövlət atributları, tarixi günləri, coğrafiyası, ədəbiyyatı, musiqisi ilə tanış edəcəyini bildirib.

 





07.04.2020    çap et  çap et