525.Az

Vladimir Putin Boris Consona teleqram göndərdi


 

Vladimir Putin Boris Consona teleqram göndərdi<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Baş naziri Boris Consona teleqram göndərib.

APA-nın xəbərinə görə, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

"Hörmətli cəab Baş nazir,

Sizin üçün çətin olan bir zamanda mən sizə öz səmimi dəstəyimi bildirmək istəyirəm. Əminəm ki, enerjiniz, nikbinliyiniz və yumor hissiniz bu xəstəliyi məğlub etməyə kömək edəcək.

Səmimi qəlbdən sizin tez bir zamanda tamamilə bir sağalmanızı diləyirəm", - deyə teleqramda deyilir.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirus simptomlarının kəskinləşməsi ilə əlaqədar aprelin 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün onun ofisindən verilən məlumata görə, Baş nazirin vəziyyətində dəyişiklik yoxdur.

 





07.04.2020    çap et  çap et