525.Az

FHN vətəndaşlara psixoloji məsləhətlər verəcək


 

FHN vətəndaşlara psixoloji məsləhətlər verəcək<b style="color:red"></b>

Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, FHN tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunub.

Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar 8 aprel 2020-ci il tarixindən etibarən FHN-in “112” qaynar telefon xəttinə müraciət edə bilərlər.

 





07.04.2020    çap et  çap et