525.Az

"Ölkədə qan ehtiyatı var, amma..."


 

"Ölkədə qan ehtiyatı var, amma..."<b style="color:red"></b>

"Bu gün üçün qan təlabatı çox mühümdür. Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur. Bundan da narahatıq".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, qan elə vasitədir ki, ödəniş edib almaq olmur:

"Donorlara üzümü tutub deyərdim ki, bu nəcib əməlinizi yenə də davam etdirin. Onların qan alan zaman bütün təhlükəsizlikləri təmin edilir. Vətəndaşlar daha humanist olmalıdır".

 





08.04.2020    çap et  çap et