525.Az

TƏBİB sədri: "Koronavirusu yayanlar daha çox xəstəlik əlaməti olmayanlardır"


 

TƏBİB sədri: "Koronavirusu yayanlar daha çox xəstəlik əlaməti olmayanlardır"<b style="color:red"></b>

Xəstəliyi yayanlar daha çox simpomsuz, xəstəlik əlaməti keçirməyən şəxslərdir.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, həmin şəxslərlə ünsiyyətdə olanlar virusa yoluxdurduğunu bilmirlər:

“Onların 30-60-a qədər insanı yoluxdurması mümkündür və nəzərə alsaq ki, inkubasiya dövrü 14-21 gündür. Önümüzdəki iki həftədə tələb olunan qaydalara ciddi əməl edilsə 3 həftədən sonra nikbin ssenaridən danışmaq mümkün ola bilər”.

 





08.04.2020    çap et  çap et