525.Az

Rusiya Bəşər Əsəd üçün 300 mənzil hazırlayıb


 

Rusiya Bəşər Əsəd üçün 300 mənzil hazırlayıb<b style="color:red"></b>

Suriya prezidenti Bəşər Əsəd iki aydan sonra ölkəsini tərk edəcək.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda “Əl-Cəzirə” televiziyasına açıqlama verən Əsədin köhnə siyasi məsləhətçilərindən olan Abdullah əl-Ömər deyib:

“Əsədin hakimiyyətinin sonu gəlib. Suriya liderinin Rusiyaya qaçış planı da hazırlanıb”.

Suriya lideri ilə birgə Rusiyaya sığınacaq şəxslərlə əlaqə yaradan Abdullah əl-Ömər artıq onlar üçün nəzərdə tutulan 300 mənzilin hazır olduğunu da söyləyib:

“İki aydan sonra Əsədin ailə üzvləri və yaxınları ölkəni tərk edəcək. Rusiya tərəfdən təhlükəsizliyi tam təmin edildikdən sonra Əsəd də ölkəni tərk edəcək”.

O, Bəşər Əsədin hətta öz yaxınlarını da öldürdüyünü qeyd edib.

 





13.10.2012    çap et  çap et