525.Az

TRT-nin yeni Bakı nümayəndəsi məlum oldu


 

TRT-nin yeni Bakı nümayəndəsi məlum oldu<b style="color:red"></b> TRT-nin yeni Bakı nümayəndəsi məlum olub.

525.az-a daxil olan məlumata görə, Yüksel Değercanın Xarici Yayımlar Departamentinə  sədr müavini təyin edilməsindən sonra TRT Bakı Təmsilcisi vəzifəsinə Əmrah Timuçin Yazıçı təyin edilib.

Əmrah Timuçin Yazıçı iki ildir ki,  TRT-nin Bakı Təmsilçiliyində  müxbir olaraq fəaliyyət göstərir.
İki il müddətində  ölkəmizin  bölgələrində çəkilişlər aparan  Əmrah Timuçin Yazıçı bir çox xəbərlər və proqramların müəllifi olub.

“Mən özümü xarici ölkədəki kimi hiss etmirəm, Azərbaycan mənim iki vətənimdən biridir”-  deyən TRT Bakı Təmsilçiliyinin gənc  numayəndəsi, “Türkiyə və Azərbaycan arasında media sahəsində mövcud olan  əlaqələrin inkişaf edərək daha da  yüksələcəyini” bildirib.

Ailəli və bir övlad sahibi olan Əmrah Timuçin Yazıçının qızı da bu il Bakıda dünyaya gəlib.
 





06.12.2013    çap et  çap et