525.Az

Azərbaycanda universitetlərin vəzifələri artırıldı - Qərar


 

Azərbaycanda universitetlərin vəzifələri artırıldı -<b style="color:red"> Qərar</b>

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin vəzifələri artırılıb.

Belə ki, ali təhsil müəssisələri “Təhsil haqqında” qanuna uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etməklə yanaşı və bundan sonra “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirəcək.

 





08.04.2020    çap et  çap et