525.Az

Arzu Nağıyev: “Hər bir vətəndaş öz vicdanı qarşısında imtahan verməlidir”


 

Arzu Nağıyev: “Hər bir vətəndaş  öz vicdanı qarşısında imtahan verməlidir”<b style="color:red"></b>

Avropada koronavirus əleyhinə görülən tədbirlər onu göstərir ki, müəyyən bir vaxtda təmasların azaldılması ilə virusun yayılma zənciri qırılmalıdır. Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı qarşısında imtahan verməlidir.

Bunu 525-ə açıqlamasında Millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı dövlət tərəfindən məhdudiyyətlərin qoyulması xüsusi əhəmiyyət daşıyır”. 

Millət vəkili bildirib ki, məhdudiyyətlər olmasa, insanların bir-biri ilə təması nəticəsində virusun yayılma ehtimalı böyükdür: “Bu məhdudiyyətlərin qanun çərçivəsində tətbiq edilməsi insanlara təsir edir. Dövlət bu virusla mübarizə aparmaq üçün nəyə qadirdirsə edir. Lakin bəzi vətəndaşlar vəziyyətin ciddiliyini anlamır və bunun fəsadlarının nəyə gətirib çıxaracağının fərqində deyillər. Məhz buna görə də bütün  vətəndaşlarımız karantin rejiminin tələblərinə riayət etməlidirlər. Bu, dövlət və milli təhlükəsizlik məsələsidir”.

 





09.04.2020    çap et  çap et