525.Az

Əli Əsədov: “Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir"


 

Əli Əsədov: “Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir"<b style="color:red"></b>

“Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, tibbi və digər ləvazimatlar yetərincədir”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş Nazir bildirib ki, koronavirus pandemiyasının qarşısını almaq üçün ölkə prezidentinin 27 fevral tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb: “Martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar verilib. Görülən bütün tədbirlər yalnız bir məqsəd güdür. Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq”.

 





09.04.2020    çap et  çap et