525.Az

Xaricdən qayıdan azərbaycanlılar dövlət başçısına minnətdarlıq edir


 

Xaricdən qayıdan azərbaycanlılar dövlət başçısına minnətdarlıq edir<b style="color:red"></b>

Biz artıq 5 gündür, Bakıdayıq. Bundan bir qədər əvvəl İzmir şəhərindən "SOS: Azərbaycandan kömək istəyirik" çağırışı Azərbaycana məktub göndərmişdik.

Bu məktubumuzda isə bir sıra təşkilatlara və bir neçə şəxsə münasibətimizi bildirmək istəyirik.

İlk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə bütün səmimiyyətimizlə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, bir qədər əvvəl yazdığımız "SOS: Azərbaycandan kömək istəyirik" məktubumuza cavab olaraq Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə komitənin Türkdilli dövlətlərlə iş sektorun müdiri bizimlə telefon əlaqəsi qurdu, dövlətimizin bizi darda qoymayacağını bildirdi. Sonra o, Türkiyədə Asif Kurban kimi tanınan İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri, azərbaycanlı iş adamı Asif Qurbanova bizim haqqımızda məlumat Verdi, bizimlə onun arasında əlaqə yaratdı. A.Qurbanov Türkiyədə 21 gün qaldığımız otellərin 5 gününün maliyyə məsələsini öz üzərinə götürdü, bizə mənəvi dayaq oldu. Həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, həm də İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri hər gün bizimlə əlaqə yaradib dəstək olurdular. Mənəvi dəstəyə çox ehtiyyacımız var idi. Bakıda tək qalan 79 yaşlı atam ilə Diasporla iş üzrə Dövlət Komitəsi ilgiləndi, onun qayğısına qaldı. Biz onlara minnətdarıq.

Minnətdarlıq bildirmək istədiyimiz təşkilatlardan biri də Azercell Telecom-dur. Şirkətin müvəqqəti olaraq xaricə qedən və rouming xidmətindən istifadə edən vətəndaşlarımıza qohumları və yaxınları ilə əlaqə saxlamaları üçün kontur hədiyyə kompaniyası təqdirəlayiq addım idi. Buna görə Azercell ailəsinə təşəkkür edirik. 

Bizim Azərbaycana sağ-salamat gəlməyimizə başda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla müvafiq dövlət qurumları və məsul şəxslər köməklik göstərdilər. Dövlətimiz, Azərbaycanın Türkiyədəki səfirliyi və konsulluğu böyük seçim qarşısında idi. Səfirlik oğlum Adilov Cəlalın insulin, insulin resistenliyi və TSH hormonlarının olduqca yüksək olmasını, 2018-ci ildə Mərkəzi Klinikada böyrək əməliyyatı keçirməsini, skolioz və yastıpəncəliliyin ağır formasından əziyyət çəkməsini və 8 yaşlı qız övladımın bizimlə bərabər olmasını nəzərə alaraq çarter reysi ilə Azərbaycana göndərilənlərin siyahısina ailəmizi əlavə etdi. Buna görə Türkiyədəki Azərbaycan səfirliyinə təşəkkür edirik.

Bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, eləcə də vətənə qayıtmağımızda əməyi keçən bütün digər şəxslərə və qurumlara minnatdarlığımızı bildiririk.

Hörmətlə,

ZaurADİLOV
08.04.2020
Atletlər kəndi (Bakı)

 





09.04.2020    çap et  çap et