525.Az

Xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə video-konfransı keçirildi


 

Xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə video-konfransı keçirildi<b style="color:red"></b>

Aprelin 8-də Vışeqrad Qrupu (V4) ölkələrinin Xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə video-konfransı keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Vışeqrad Qrupuna sədrlik edən Çex Respublikası tərəfindən təşkil olunan bu video-konfrans V4 ölkələrinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə öncədən planlaşdırılan, lakin COVİD19 pandemiyasına görə ləğv olunan görüşünü əvəz edib.

 Video-konfrans nəticəsində Vışeqrad dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib. Bəyannamədə ŞT-nın Aİ-nin xarici fəaliyyətində yüksək prioritet təşkil etməsi və strateji əhəmiyyətini qoruyub saxlamasının vacibliyi qeyd edilir, burada Aİ-nin Şərq tərəfdaşlarına münasibətdə siyasəti ilə bağlı müddəalara yer ayrılaraq, bu siyasətin ŞT-nın əsasını və bölüşülən dəyərləri əks etdirməsi, habelə onun inklüziv olması və tərəfdaş ölkələrin seçiminin dəstəklənməsi və bu ölkələrin istək və öhdəliklərinə uyğun olaraq fərqləndirilməsinin önəmi qeyd olunur.

 

 





09.04.2020    çap et  çap et