525.Az

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"


 

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"<b style="color:red"></b>

“Martın 31-də Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

APA-nın xəbərinə görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Aişə Faruki deyib.

O bildirib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.

XİN rəsmisi Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinin münaqişənin sülh yolu ilə həll olunması məqsədilə aparılan danışıqlara xələl gətirdiyini də vurğulayıb.

 





09.04.2020    çap et  çap et