525.Az

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı


 

Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı<b style="color:red"></b>

“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24-ə müsahibəsində deyib.

Səfir bildirib ki, həmin şəxslərdən 2-i artıq evə buraxılıb: “Çünki həmin şəxslərin vəziyyətləri tam qənaətbəxşdir. 1 nəfər isə hələ ki, xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.

 





09.04.2020    çap et  çap et