525.Az

Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, zamanla keçəcək”


 

Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, zamanla keçəcək”<b style="color:red"></b>

“Bu gün bir çox dünya ölkələri koronovirus kabusu ilə üz-üzə qalıb. Hazırda bir dünya dövlətləri bu bəladan ciddi əziyyət çəkir. Xəstəlik sürətlə bütün dünyanı öz ağuşuna alır, getdikcə dünyasını dəyişən insanların sayı sürətlə artır. Bu gün ölkəmizdə koronovirusla mübarizdə bir neçə istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Azərbaycanda iqtisadi və ictimai sabitliyi qorumaq üçün dövlətin kifayət qədər imkanları və potensialı var”.

Bu fikirləri 525-ə açıqlamasında Millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili bildirib ki, bu gün Azərbaycan bu virusla mübarizədə ən adekvat və qabaqlayıcı qərar qəbul edən ölkələrdəndir. Proseslərin gedişi göstərir ki, konkret işlək mexanizmlər var, dövlətin bütün strukturları, qurumları yaranmış vəziyyətdən ən az zərərlə çıxmaq üçün böyük səylə çalışır: “Bu gün bir sıra ölkələrlə müqayisədə Azərbaycanda bu virusa yoluxanların sayının çox olmaması, iqtisadi və ictimai sabitliyin qorunması bir daha göstərir ki, dövlət vaxtında bütün qabaqlayıcı addımları atır. Bütün dövlət qurumları o cümlədən, hüquq mühafizə orqanları, səhiyyə qurumları, maliyyə strukturları bütün gücləri ilə çalışırlar. Xəstəliklə mübarizənin səmərəliliyinin artırılması, həm də koronavirusla bağlı görülən tədbirlər öz nəticəsini verir.

Hazırki dönəmdə bu bəladan daha az zərərlə çıxmaq üçün vətəndaşlarımız dövlət tərəfindən müəyyənləşdirilən norma və qaydalara tam əməl etməlidirlər. Onu da nəzər almaq lazımdır ki, yaranmış çətinlik müvəqqətidir, zamanla keçəcəkdir. Hər bir vətəndaş çalışmalıdır bu proseslərdə dövlətin yanında olaq, dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşsın və onları yerinə yetirsin”.

S.QARAYEVA

 





10.04.2020    çap et  çap et