525.Az

Azərbaycan və Ukrayna arasında imzalanmış saziş təsdiq edildi


 

Azərbaycan və Ukrayna arasında imzalanmış saziş təsdiq edildi <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişi təsdiq edib.

APA-nın xəbərinə görə, Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb.

Qeyd edək ki, Qanuna əsasən, Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək.

 





10.04.2020    çap et  çap et