525.Az

“Türk Şurasının fövqəladə Zirvə görüşü aramızdakı həmrəyliyi gücləndirəcək”


 

“Türk Şurasının fövqəladə Zirvə görüşü aramızdakı həmrəyliyi gücləndirəcək”<b style="color:red"></b>

“Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq”.

APA-nın məlumatına görə, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik.

O qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək: “Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”.

 





10.04.2020    çap et  çap et