525.Az

Hindistan Mədəni Əlaqələr Şurası 70 yaşında


 

Hindistan Mədəni Əlaqələr Şurası 70 yaşında <b style="color:red"></b>

Hindistan Mədəni Əlaqələr Şurası (ICCR) təsis edilməsinin 70 illiyini qeyd edir. Lakin, koronavirus (Covid-19) pandemiyası səbəbindən planlaşdırılan böyük tədbirlər təxirə salınıb.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən "525"ə verilən məlumatda vurğulanıb.

Qeyd edilib ki, ICCR Hindistan mədəniyyətinin aydın dərk edilməsinə nail olmağa can atır və bütün qlobal ictimaiyyətin misli görünməmiş problemlə üzləşdiyi, tənha və təcrid edilmiş hiss etdiyi bir vaxtda Hindistan fəlsəfəsinin Vasudhaiva Kutumbakam- "dünya bir ailədir" ismarıcı hər zamankından daha aktualdır.
Hətta tamamilə təcrid vəziyyətində belə Şura elektron Yoqa, klassik rəqs və Hindi , Sanskrit dərsləri keçirir.

"Biz "şou davam etməlidir ruhu" ilə işləyirik. Koronavirus problemi ilə birgə mübarizə mövzusunda Qlobal İncəsənət müsabiqəsi elan olunub və bir çox bu cür proqramlar vasitəsilə biz bu vəziyyətə daha yaxşı cavab verəcəyik", deyə Şuranın prezidenti, doktor Vinay Sahasrauddhe Şuranın yaradılması münasibətlə öz təbrik mesajında bildirib.

Şura Hindistan və dünya ölkələri arasında mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın genişləndirilməsi və gücləndirilməsi və digər ölkələr və insanlarla mədəni mübadilələrin təbliğ edilməsi məqsədilə 1950-ci ildə Hindistanın ilk Təhsil naziri Maulana Abul Kalam Azad tərəfindən yaradılıb.

Son yeddi onillik ərzində Şura Hindistan mədəni irsinin daha geniş təbliğ edilməsinə nail olub və əla tərtib edilmiş məqsədyönlü proqramlar vasitəsilə  Hindistan Xarici İşlər Nazirliyinin “yumşaq güc” qanadı olaraq formalaşıb.

Şuranın çoxsaylı mədəni, akademik və intellektual mübadilələri və Hindistan mədəniyyətinin xaricdə təbliği xaricdə yerləşən 39 mədəni mərkəz və ölkədə 19 regional mərkəz vasitəsilə Hindistan incəsənəti, tarixi, şifahi xalq ənənələri, rəqs, musiqi, yoqa, dillər, yemək, festivallar və müasir nümunələr də daxil olmaqla, müxtəlif təbliğat tədbirlərini əhatə edir.

Şura çərçivəsində qlobal ictimaiyyət arasında Hind mədəniyyəti haqqında daha aydın fikrin formalaşmasını nəzərdə tutan geniş məqsədyönlü proqramları aşağıdakı kimi təsnif etmək olar:

Hindistan incəsənət nümunələrinin təbliğ edilməsi, xaricdə festivalların keçirilməsi;

Xarici mədəniyyət truppalarının Hindistana gəlişi və mədəni festivalların təşkili;

Hindistanda və xaricdə incəsənət və sənətkarlıq sərgilərinin keçirilməsi;

Xarici tələbələr üçün təqaüd proqramlarının həyata keçirilməsi;

Xarici universitet və institutlarda Hindi kafedraların tədris edilməsini nəzərdə tutan təqaüd proqramları;

Xaricdən önəmli və akademik qonaqların ölkəyə dəvət edilməsi;

Mükafatlar proqramı (məzunlar, İndologiya və Sanskrit);

Hindistan dillərinin, xüsusilə də Hindi və Sanskritin və Hindistan ədəbiyyatının xaricdə təbliği;

Yoqanın təbliği və Beynəlxalq Yoqa Gününün xarici ölkələrdə qeyd olunması;

İllik mühazirələrin təşkil edilməsi (21 may tarixində Ümumdünya Mədəniyyət Gününün qeyd olunması münasibətilə Deen Dayal Upadhaya xatirə nitqi).

İllər ərzində ideyaların, idealların və mədəniyyətlərin birləşməsi sayəsində Hindistan Mədəni Əlaqələr Şurası ölkənin minillik qədim sivilizasiya və mədəni dəyərlərimizi dünyaya çatdıraraq Vasudhaiva Kutumbakam – dünya bir ailədir məqsədini təbliğ edib. Bu qlobal ruhdan ilhamlanmış geniş sayda Şura məzunları onun ismarıcının yayılmasında mühüm rol oynayıb. Hazırda Şura hər il Hindistanın müxtəlif universitet və və institutlarında bakalavr, magistr, doktorantura və dissertantura təhsili üzrə təxminən 4000 təqaüd təklif edir.

Elm axtarışı Hindistan mədəniyyəti və sivilizasiyası üçün hər zaman əsas olub. Qədim zamanlardan bəri, Hindistan dünyanın hər yerindən elm axtarışında olanları və maraqlı şəxsləri özünə cəlb edib. Hindistan bilgi mərkəzi olmaqda davam edir və konfranslar, seminarlar, hindşünaslıq kafedraları və hind institutlarının məzun məzunlarının fəaliyyəti ilə akademik mübadiləni təbliğ edir.

Pərvanə

 





10.04.2020    çap et  çap et