525.Az

İşğal altındakı Azərbaycan ərazilərində daha iki nəfərdə koronavirus aşkarlandı


 

İşğal altındakı Azərbaycan ərazilərində daha iki nəfərdə koronavirus aşkarlandı<b style="color:red"></b>

Azərbaycanın işğal altında olan ərazilərində daha iki nəfərin koronavirusa yoluxduğu məlum olub.

APA-nın məlumatına görə, hazırda onların əlaqədə olduğu şəxslər müəyyənləşdirilir.

Daha bir neçə nəfərin isə koronavirus şübhəsi ilə özünütəcrid olunduğu bildirilir. Onların koronavirusa yoluxub-yoluxmadığı aparılacaq test nəticəsində məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl işğal altında olan ərazilərdə 3 nəfərdə koronavirusa aşkarlandığı açıqlanmışdı.

 





10.04.2020    çap et  çap et