525.Az

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub


 

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub<b style="color:red"></b>

ABŞ və Rusiya prezidentləri - Donald Tramp ilə Vladimir Putin arasında telefon söhbəti baş tutub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, neft bazarındakı vəziyyətə dair fikir mübadiləsi aparan dövlət başçıları dünya neft bazarındakı qiymətləri sabitləşdirmək məqsədilə OPEC+ formatı çərçivəsində hazırlanan hasilatın ixtisarına dair razılaşma barədə də müzakirə aparıblar.

Bununla yanaşı, koronavirus pandemiyası məsələsinə də diqqət yetirilərkən xəstəliyin yayılmasına qarşı görülən birgə tədbirlər dəyərləndirilib.

 





10.04.2020    çap et  çap et