525.Az

Vətəndaşlar TQDK sədrinə təhsildəki çətinlikdən şikayət etdilər


 

Vətəndaşlar TQDK sədrinə təhsildəki çətinlikdən şikayət etdilər<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şəkidə vətəndaşları qəbul edib.
 
Lent.az-ın məlumatına görə, M. Abbaszadə qəbulda Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları, həmçinin həmin rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünləri qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

Müraciətlərin çoxu bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Vətəndaşlar növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklər, qəbul qaydalarında tətbiq ediləcək yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiribər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapıb.

Şəkidə keçirilmiş görüş TQDK-nın sədrinin yerlərdə vətəndaşlarla 11-ci görüşüdür. 

 





06.12.2013    çap et  çap et