525.Az

Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi


 

Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi<b style="color:red"></b>

Nazirlər Kabineti “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısına əlavə edilib.

Qeyd edək ki, dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

 





10.04.2020    çap et  çap et